“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “AZCON”-un daxili satınalma qaydalarına uyğun olaraq 21.07.2025-ci il tarixdə “MARF-ın Yevlax, ŞQRF-nin Zaqatala, Balakən, Qax, Şəki, Oğuz şöbələri üçün nəzərdə tutulmuş yanğın siqnalizasiya sisteminin alınması quraşdırılması və texniki xidməti” üzrə keçirilən açıq tenderin qalibi "Safe Life” MMC (VÖEN: 2001041851. Hüquqi ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov pr., 49 ) müəyyən edilmişdir.
Qalib təşkilatın dəyəri ƏDV daxil 150,000.00 (yüz əlli min manat 00 qəpik) AZN olan təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, "AZCON”-un daxili satınalma qaydalarının 14.11-ci bəndinə əsasən satınalma üzrə 20.08.2025-ci il tarixindən başlayaraq 26.08.2025-ci il tarixinədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.



