Aztelekom
Loading
RU

Abşeronda xidmətin verilməsi tam bərpa edilib

Bu gün saat 16 radələrində Abşeron Telekommunikasiya Qovşağının Mərkəzi Elektron ATS-i tərəfindən bir qisim telefon abunəçilərinə verilən xidmətdə müvəqqəti fasilələr yaranıb. Problemə səbəb hazırda istismarda olan avadanlığın mənəvi aşınması olub.

Problem saat 19:00 radələrində tamamilə aradan qaldırılıb və xidmətin verilməsi tam bərpa edilib.

Yaranmış müvəqqəti narahatlığa görə abunəçilərimizdən üzr istəyirik.

Qeyd edək ki, xidmət keyfiyyətinin artırılması məqsədilə hazırda istismarda olan avadanlıq bu il müasir standartlara tam cavab verən avadanlıqlarla əvəz olunacaq.

Поиск

×