Aztelekom
Loading
RU

“Aztelekom” MMC infrastruktur xidmətlərinin tariflərini təkmilləşdirir

“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli Fərmanının icrasını təmin etmək istiqamətində “Aztelekom” MMC tərəfindən müvafiq işlər görülməkdədir.

Bazar iqtisadiyyatı şəraitində mexanizmlərin normal fəaliyyətinə yardımçı olan bütün növ təsisatlar standartlara cavab verməlidir. Telekommunikasiya sahəsinin də başlıca istehsal infrastrukturu olduğunu nəzərə alaraq, “Aztelekom” MMC tərəfindən infrastrukturun müasir dövrün tələblərinə, yeni norma və standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Mövcud infrastrukturun yenidən qurulması və əhatə dairəsinin genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması prosesi çərçivəsində korporativ müştərilərə göstərilən bu cür xidmətlərinin tarifləri 01.09.2022 tarixindən təkmilləşdirilərək dəyişdiriləcək.

Dünyada gündəlik həyatın hərtərəfli rəqəmsallaşdığı bir zamanda müasir infrastrukturun yaradılması bu günün tələbi olmaqla yanaşı, eyni zamanda sosial baxımdan gələcəyə ən vacib investisiyalardan biridir.

İnfrastruktur xidmətləri üzrə yeni tariflər:

Xidmətin adı Xidmətin növü Yeni tarif (AZN)
Port 10 mbit/s  365
  100 mbit/s  495
  1 gbit/s 910
  10 gbit/s 2270
  100 gbit/s 2750 
  DWDM 10 gbit/s 2750 
  Trunk  480 
Cüt lifin icarəsi ≤ 4 km 90
  > 4 km 15
KKQ icarəsi (FO) 4 - 11 lif 150
  12 - 23 lif 175
  ≥ 24 lif 200
Dirək icarəsi (FO) 4 - 11 lif 40
  12 - 23 lif 45
  ≥ 24 lif 50
Avadanlığın yerləşdirilməsi 1m³ 315
Damda antena yerləşdirilməsi   310
Müştəri xəttinin (mis) icarəsi   3.50

 

 

Поиск

×