"Aztelekom” MMC sentyabr ayından etibarən GPON internet texnologiyası üzərindən şəhid ailələri və müharibə əlilləri üçün 30 Mbit/s və 50 Mbit/s GPON internet paketlərinə müvafiq olaraq 8 manat və 13 manat endirim tətbiq edəcək. Endirimli xidmətdən yararlanmaq istəyən şəhid ailələri və müharibə əlilləri https://aztelekom.az/ saytı üzərindən və ya xidmət göstərən regional filiallar vasitəsilə müraciət edə bilərlər.
Ətraflı məlumat üçün “170” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.