About us
About us

About us

We provide broadband solutions that ensure access to digital opportunities across the entire country, aiming to improve people’s quality of life.

Our History

From the country’s first telephones to a digital Azerbaijan.

2019

Aztelekom "Telekommunikasiya xidmətlərinə nəzarət prosesi və satışı" üzrə ISO 9001:2015 sertifikatını əldə edib.

2015

Aztelekom" İstehsalat Birliyi müştəri yönümlü biznes modelinin tətbiqi və iş proseslərinin təkmilləşdirilməsi məqsədi ilə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. "Aztelekom” MMC öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Təsərrüfatına Xidmət Mərkəzini (KTXM) birləşdirir. Azərbaycan Respublikasının Milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.

2005

Vətəndaşların stasionar telefonlardan daha rahat ünsiyyətinin təmin edilməsi məqsədi ilə Aztelekom tərəfindən portativ daşınan telefon CDMA simsiz rabitə xidməti istismara verilmişdir.

1992

Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş Aztelekom İstehsalat Birliyi, respublikanın bütün bölgələrində bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmışdır.

1881

Azərbaycanda telefon rabitəsi “Nobel qardaşları cəmiyyəti” tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılmışdır.

2018

Caspian Business Award 2018 Beynəlxalq mükafatının təqdimetmə mərasimində Aztelekom “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti” mükafatına layıq görülüb.

2014

Müxtəlif təşkilat və qurumlar tərəfindən mükafat və diplomlarla təltif olunanAztelekom “Consulting & Business” jurnalı tərəfindən təşkil olunmuş müsabiqədə “Rabitə və informasiya texnologiyaları üzrə ilin şirkəti” nominasiyalı mükafata layiq görülmüşdür.

2004

Regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq “Aztelekom”un internet provayderi yaradıldı.

1933

Telefon rabitəsinin inkişaf etdiyi növbəti illərdə təkcə şəhər mərkəzində deyil, həmçinin şəhərətrafı bölgələrlə, kəndlərlə telefon əlaqəsi yaradılmışdır. İlkin olaraq, Bakı Şəhərlərarası Telefon Stansiyası Bakı Şəhər Telefon Stansiyasından ayrılaraq sərbəst struktur kimi fəaliyyətə başlamışdır.

2025

“Aztelekom” MMC 2025-ci ildə 3 müxtəlif nüfuzlu beynəlxalq mükafata - “Speedtest Award for Fastest Fixed Network”, “Best Practice of Home Broadband Development Award”, “Gigacity Champion” - layiq görülüb.