“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.

Yeni tariflər istifadəçilərə müasir rəqəmsal tələblərə cavab verən daha yüksək sürət, stabil bağlantı və geniş istifadə imkanları təklif edir. Bu tariflərin tətbiqi, xüsusilə video və yayım platformalarından istifadə, onlayn oyunlar, məsafədən iş və təhsil, eləcə də eyni anda çoxsaylı cihazların şəbəkəyə qoşulması kimi gündəlik rəqəmsal ehtiyacların daha keyfiyyətli şəkildə qarşılanması məqsədi daşıyır.

Yeni 500 Mbit/s və 1000 Mbit/s sürətli tariflərin istifadəyə verilməsi ölkədə yüksəksürətli internet xidmətlərinin inkişafına töhfə verməklə yanaşı, həm fərdi istifadəçilər, həm də biznes üçün daha geniş imkanlar yaradır. Bu da öz növbəsində rəqəmsal iqtisadiyyatın genişlənməsini dəstəkləyir.

Qeyd edək ki, “Aztelekom” son illərdə ölkənin genişzolaqlı internet infrastrukturunun modernləşdirilməsi istiqamətində ardıcıl investisiyalar həyata keçirib. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində şirkət ölkə üzrə fiber-optik şəbəkənin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Nəticə etibarilə fiber-optik internetin əhatə səviyyəsi təxminən 13 dəfə artaraq ölkə əhalisinin, demək olar ki, 100 faizinə yaxınlaşıb. Eyni zamanda 3 milyondan çox ev təsərrüfatı və biznes subyekti yüksəksürətli fiber-şəbəkə ilə əhatə olunub.

Son illərdə görülən işlər nəticəsində “Aztelekom” ölkə tarixində ilk dəfə 5 beynəlxalq mükafat qazanaraq “Ən sürətli sabit şəbəkə” daxil olmaqla bir sıra nüfuzlu beynəlxalq təltiflərə layiq görülüb.

Digər xəbərlər

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub
2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır

Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.

“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.