AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.
Yeni veb-sayt müasir dizayn, təkmilləşdirilmiş istifadəçi interfeysi, daha rahat istiqamətləndirmə və mobil cihazlara uyğunlaşdırılmış funksionallıqla yanaşı, “Aztelekom”un bütün xidmətlərinə hərtərəfli çıxışı təmin edərək istifadəçilərə çevik və rahat rəqəmsal təcrübə təqdim edir.
Yenilənmiş platforma vasitəsilə istifadəçilər xidmətlər haqqında daha operativ məlumat əldə edə, onlayn müraciətlər göndərə, məhsul və həllərlə tanış ola, eləcə də rəqəmsal xidmətlərdən daha rahat yararlana bilərlər.
“Aztelekom”un rəqəmsal transformasiya strategiyası çərçivəsində aparılan bu yenilənmə müştəriyönümlü yanaşmanın və innovativ həllərin daha da gücləndirilməsinə xidmət edir.
Yenilənmiş veb-sayt 16.07.2026-cı il tarixindən etibarən istifadəyə açıqdır. Platformadan yararlanmaq və ətraflı məlumat əldə etmək üçün sayta daxil olmaq mümkündür.
Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.