“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.

Təqdim olunan dəstək Birliyin gündəlik fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verməklə yanaşı, vətəndaş müraciətlərinin operativ cavablandırılması və göstərilən sosial xidmətlərin daha əlçatan edilməsi üçün əlavə imkanlar yaradacaq. Bu, həmçinin Birliyin həyata keçirdiyi maarifləndirici və sosial layihələrin icrasına, ailələr və uşaqlarla davamlı əlaqələrin qurulmasına töhfə verəcək.

“Aztelekom” sosial əhəmiyyət daşıyan təşəbbüslərə texnoloji dəstək göstərməklə rəqəmsal imkanların cəmiyyət üçün real faydaya çevrilməsinə töhfə verməyi hədəfləyir. Şirkət bu istiqamətdə sosial xidmətlər göstərən qurumların fəaliyyətinin gücləndirilməsini vacib hesab edir.

Məlumat üçün bildirək ki, “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İB cəmiyyətin həssas təbəqəsi olan aztəminatlı və kimsəsiz ailələrin uşaqlarına sosial xidmətlər, təhsil dəstəyi, maarifləndirici proqramlar və psixoloji yardım göstərir.

Digər xəbərlər

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır

Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.

“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.