Göygöldə təhlükəsiz internet həftəsi keçirilib

Göygöldə təhlükəsiz internet həftəsi keçirilib

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində təlimlər davam edir.

Məqsəd müəllim və şagirdlər arasında internetdən düzgün və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn risklərdən qorunma sahəsində məlumatlılığın gücləndirilməsidir.

Layihə çərçivəsində növbəti təlim Göygöl rayonu Bəhman Alzamanov adına Quşqara kənd tam orta məktəbində keçirilib. Təlimlərə Araz Möyləmov adına Xaqani kənd tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri qoşulublar.

Təlimdə “Aztelekom”un mütəxəssisləri tərəfindən iştirakçılara fərdi məlumatların qorunması, rəqəmsal təhlükəsizlik, sosial şəbəkələrdə davranış qaydaları, onlayn risklərdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularında məlumat verilib.

Sessiyalar interaktiv formada təşkil olunaraq real vəziyyətlərə əsaslanan müzakirələr və praktiki yanaşmalar üzərində qurulub.

Qeyd edək ki, layihə bu günədək Lənkəran, Qusar, Şəki və Balakən rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib. Eyni zamanda Şəki – Zaqatala, Lənkəran – Astara, Quba – Xaçmaz və Gəncə – Daşkəsən regional təhsil idarələrinin tabeliyində olan məktəblərin müəllimləri üçün onlayn təlimlər təşkil olunub. Növbəti mərhələlərdə layihənin ölkənin digər regionlarını da əhatə etməsi planlaşdırılır.

Digər xəbərlər

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub
2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

2026-cı ilin ilk 6 ayında Qarabağda 3,400-ə yaxın yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşulub

Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır
Rəqəmsallaşma fonunda aktuallığını itirdiyi üçün “109” sorğu-məlumat xidməti dayandırılır

Uzun illər ərzində vətəndaşlara telefon nömrələri və digər sorğu məlumatlarının təqdim edilməsi məqsədilə istifadə olunan “109” xidməti rəqəmsallaşma prosesinin sürətlənməsi fonunda öz aktuallığını itirib. Belə ki, hazırda eyni məlumatlar mobil tətbiqlər, onlayn kataloqlar və digər rəqəmsal platformalar vasitəsilə daha operativ, rahat və ödənişsiz şəkildə əldə edilir.

“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə yenilənmiş korporativ veb-saytını təqdim edib.