“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib

“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.

Filmdə “Onlayn Azərbaycan” layihəsinin sadə insanların və kiçik biznes sahiblərinin həyatına təsirindən bəhs olunub. Çəkilişlərin böyük əksəriyyəti Quba rayonunun Xınalıq kəndində aparılıb. Filmdə kəndin unikal relyefi və zəngin tarixi xüsusi vurğulanıb, Xınalığı səfər edən turistlərlə müsahibələr təqdim olunub. Eyni zamanda kənd əhalisinin müxtəlif məşğulluq sahələri işıqlandırılıb, məktəblilər, müəllimlər və yerli sahibkarların fikirlərinə yer verilib. Xatırladaq ki, əsas operatorlarından biri “Aztelekom” MMC olan “Onlayn Azərbaycan” meqalayihəsi ölkənin ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq məqsədilə həyata keçirilib. Layihə bərabər rəqəmsal imkanların genişlənməsinə və rəqəmsal transformasiya prosesinin sürətlənməsinə töhfə verib. Belə ki, “Onlayn Azərbaycan”ın icra edildiyi 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib.

Qeyd edək ki, “TECH4ALL” “Huawei” şirkətinin uzunmüddətli rəqəmsal inteqrasiya təşəbbüsüdür. Əsası 2019-cu ildə qoyulan bu layihə innovativ texnologiyalar və tərəfdaşlıqlar vasitəsilə daha inklüziv və dayanıqlı rəqəmsal dünya qurmağı hədəfləyir.

Digər xəbərlər

“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək
“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.

“Aztelekom”: 200 Mbit/s hədəfi üçün texniki baza formalaşıb
“Aztelekom”: 200 Mbit/s hədəfi üçün texniki baza formalaşıb

Azərbaycanda yaxın illərdə orta internet sürətinin 200 Mbit/s və daha yüksək səviyyəyə çatdırılması real hədəf kimi qiymətləndirilir. Bunu “QəbuldASAN” verilişində çıxışı zamanı AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov bildirib.