Aztelekom
Loading
EN

All News

Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən Cənubi Qafqazın ən böyük illik oyun festivalı “GAMESUMMIT 2025” 8 iyunda uğurla başa çatıb. “GAMESUMMIT 2025” çərçivəsində keçirilmiş konfransda oyun sənayesindəki son tendensiyalar, biznes proseslərində oyunlaşdırma, rəqəmsal təhsil və Azərbaycanın yaradıcı sənaye ixrac imkanları geniş şəkildə müzakirə olunub. Sammitdə təşkil olunan kiberidman turnirləri, “Kospiley” festivalı və “K-pop” şou, yarmarka və merç zonası, eləcə də tərtibatçı və nəşr zonaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb

“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb

AZCON Holding şirkətlərindən olan “Aztelekom” gigabit sürətli genişzolaqlı internet bağlantısının təmin edilməsində göstərdiyi yüksək nəticələrə görə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) təltif etdiyi “Gigacity Champion” mükafatına layiq görülüb.

“Aztelekom”un dəstəyi ilə Bakıda “GAMESUMMIT” keçiriləcək

“Aztelekom”un dəstəyi ilə Bakıda “GAMESUMMIT” keçiriləcək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Bakıda keçiriləcək “GAMESUMMIT 2025” oyun festivalının baş sponsoru qismində çıxış edir. Müasir mədəni tendensiyalarla maraqlananlar üçün həm bilik və təcrübə mübadiləsi, həm də əyləncə imkanı yaradan “GAMESUMMIT” iştirakçılara onlayn oyunlar, e-sport turnirləri, kospley və k-pop yarışmaları, eləcə də maraqlı musiqi çıxışları ilə zəngin proqram təqdim edir.

“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə infrastruktur layihələri ilə bağlı təcrübəsini paylaşacaq

“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə infrastruktur layihələri ilə bağlı təcrübəsini paylaşacaq

Tədbir çərçivəsində SAMENA və Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) birgə təşkilatçılığı ilə sabit şəbəkə sənayesinə həsr olunmuş yüksəksəviyyəli dairəvi masa görüşü də baş tutacaq. H.Ömərov görüşdə çıxış edərək “Aztelekom”un həyata keçirdiyi infrastruktur layihələri, o cümlədən “Onlayn Azərbaycan” təşəbbüsü barədə iştirakçılara məlumat verəcək.

Dünya şöhrətli Filip Kotlerin  “Müasir marketinqin əsasları” nəşrində “Aztelekom” təcrübəsindən bəhs olunacaq

Dünya şöhrətli Filip Kotlerin “Müasir marketinqin əsasları” nəşrində “Aztelekom” təcrübəsindən bəhs olunacaq

Aztelekom, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin (AZCON ) tərkibində fəaliyyət göstərən telekommunikasiya şirkəti, müasir marketinqin atası kimi tanınan hörmətli Dr. Filip Kotlerin təsis etdiyi Kotler Impact-in son təşəbbüsü - "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing - EOMM) kitabının ilk Azərbaycan nəşrində təqdim olunacaq. Kitabda şirkətin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqalayihəsinin icra prosesi və Azərbaycanın rəqəmsal transformasiyasında layihənin əhəmiyyəti barədə yazılacaq.

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilib.

“Ookla” “Onlayn Azərbaycan” layihəsi haqqında analitik məqalə yayımladı

“Ookla” “Onlayn Azərbaycan” layihəsi haqqında analitik məqalə yayımladı

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə ixtisaslaşmış qlobal şirkət “Ookla” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinə həsr olunmuş analitik məqalə dərc edib. “Ookla”nın mütəxəssisləri tərəfindən aparılan araşdırmalar, açıq mənbələrdən əldə edilmiş məlumatlar və müvafiq sahə üzrə nüfuzlu ekspertlərin rəyləri əsasında hazırlanmış məqalədə layihənin əhəmiyyəti bir neçə aspektdən təhlil olunub. Şəhər mərkəzləri ilə ucqar ərazilər arasında rəqəmsal uçurumun aradan qaldırılmasının ölkə üçün strateji əhəmiyyət daşıdığı xüsusilə vurğulanıb.

Search

×