Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatından 20 il ötür.
“Aztelekom” MMC-nin və “Bakı Telefon Rabitəsi” MMC-nin kollektivlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları inzibati binada Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar. Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ümummilli Liderin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Heydər Əliyevin xidmətləri sayəsində ölkəmizin keçdiyi inkişaf yolundan danışıblar.
Ulu Öndər Heydər Əliyevin xatirəsini hörmətlə anırıq!