Şəhid əməkdaşımız Nail Orucovun xatirəsi yad edilib
31 oktyabr 2023-cü il tarixində “Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC-nin heyəti Vətən müharibəsinin şəhidi olmuş Nail Rəfail oğlu Orucovun xatirəsini anıb.
31 oktyabr 2023-cü il tarixində “Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC-nin heyəti Vətən müharibəsinin şəhidi olmuş Nail Rəfail oğlu Orucovun xatirəsini anıb.
26 oktyabr 2023-cü il tarixində “Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC-nin əməkdaşları Vətən müharibəsində şəhid olmuş Şəhriyar Qasımovun anım günündə iştirak ediblər.
7 oktyabr 2023-cü il tarixində “AzEuroTel” MMC-nin 44 günlük Vətən müharibəsində şəhid olmuş əməkdaşı Nurəhməd Hacıbəy oğlu Ulubəyovun anım günü keçirilib. “Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC-nin kollektivi “AzEuroTel” MMC-nin İkinci Fəxri xiyabanda dəfn olunan əməkdaşı Nurəhməd Ulubəyovun məzarını ziyarət edib, şəhidin məzarı önünə gül dəstələri və əklil qoyub.
"Aztelekom" MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün əsas internet infrastrukturunu istismara verir. "Aztelekom" MMC Xankəndi və Xocalı ərazilərində internet magistral xəttinin və genişzolaqlı internet şəbəkəsinin təmin edildiyini qürur hissi ilə bildirir.
“Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC-nin bir qrup əməkdaşı 27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran əsgər və zabitlərimizi dərin ehtiramla yad edib.
“Aztelekom” MMC işə qəbul prosesinin daha şəffaf, əlçatan və sürətli olması üçün beynəlxalq təcrübədə geniş istifadə olunan innovativ müraciətçi izləmə sistemini (ATS-Applicant tracking system) tətbiq edir.
“Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində təqdim etdiyi xidmətlər üzrə şəhid ailələri və müharibə əlilləri üçün “Təşəkkür” tarifini təqdim edir.
Müştəri məmnuniyyətini artırmaq, müasir tələblərə cavab verən məhsul və xidmətlər təqdim etmək üçün əməkdaşların təlimlərə cəlb olunması məqsədilə “Aztelekom” MMC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında memorandum imzalanıb.