I. | Müsabiqədə
iştirak etmək üçün təqdim edilməli sənədlər: §Müsabiqədə iştirak haqqında müraciət (forma
əlavə olunur); §Uyğunluq sənədləri; §Qiymət təklifi.
Müsabiqədə iştirak
haqqında müraciət sənədi (imzalanmış və
möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən
geci 29.05.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə
qeyd olunmuş e-mail ünvanına təqdim
olunmalıdır.
|
II. | Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı: Uyğunluq sənədləri və qiymət təklifi əsli və surəti olmaqla bir zərfdə 23.06.2025-ci
il tarixində saat 16:00-aqədər Satınalan təşkilata təqdim
olunmalıdır. Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni
zamanda üzərində müsabiqənin və təchizatçının
adı qeyd edilməlidir. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri
açılmadan geri qaytarılacaqdır. |
III. | İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi: § Müsabiqənin əsas şərtlər toplusunu
əldə etmək istəyənlər 10 AZN iştirak
haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və
ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində
göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi
ala bilərlər. §Hesab nömrəsi: VÖEN:
9900038501 Bank: Azərpoçt MMC PF 1 Bank VÖEN-i9900037711 KOD:
691011 SWİFT:
AZPOAZ22 H/H AZ62AZPO91015461200420100166 M/H: AZ76NABZ01350100000000094944
§İştirak haqqı heç bir halda geri qaytarılmır. §Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin
adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır. |
IV. | Satınalan təşkilatın ünvanı: AZ1122,
Bakı şəhəri,Tbilisi pr 107 Aztelekom MMC Əlaqələndirici şəxs: Aytac İbrahimova Satınalma şöbəsi Satınalma mütəxəssisi Telefon: +994 12 344 0000 (daxili
2225) Mail: aytaj.ibrahimova@aztelekom.az |
V. | Bank təminatı 50 AZN(əlli manat) |
VI. | Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Zərflərin açılışı 23 iyun 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da
elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır. |
VII. | Müsabiqənin nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına
göndəriləcək.
|
S/s | Adı | Xüsusiyyətləri | Ölçü vahidi | Miqdarı |
1 | 2 | 3 | 4 | 5 |
1 | Videoçarx | 2 ölçüdə lazımdır. | ədəd | 2 |
2 | Səsləndirmə (1 bəy, 1 xanım) | - | nəfər | 2 |
Qeyd:
Videoçarxın
hazırlanması xidməti üçün təlimatları əks etdirən illüstrasiya faylı
qoşmadadır.
Videoçarx müasir video trendlərinə uyğun hazırlanmalıdır. Görüntü keyfiyyəti
yüksək olmalıdır. MP4 video halında təqdim edilməlidir. Dizayn faylında təsvir
edildiyi kimi sketch üslubunda, animasiya formatında olmalıdır. Qrafik elementlərin
animasiyaya çevrilməsi üçün mümkün layerlərin açıq işlənə bildiyi master-fayl
qoşmada təqdim olunmuşdur. Kadr keçidləri musiqi ilə müşayiət olunmalıdır.
Musiqinin tonu korporativ üslubda olmalıdır. Videoçarxdakı mətn daha sonra səsləndiriləcəkdir.
Xanım səsləndirən şəxs yalnız 3 və 4-cü slaydlardakı qadın illustrasiya hissəni,
bəy səsləndirən əməkdaş isə videonun qalan hissəsini səsləndirəcəkdir.Videoçarxın
1 dəq 20 saniyə - 1 dəq 50 saniyə aralığında olmalıdır. Referans videoya keçid edin - https://www.youtube.com/watch?v=1jTIWnJ-p3A
Rənglər
– videoçarx master-faylda qeyd
edilən brend rəng(lər)inə uyğun şəkildə hazırlanmalıdır. Həmən rəng(lər)dən kənar
rəngin təqdim olunması qəbul edilməzdir.
Ölçülər –
videoçarx həm horizontal (üfüqi), həm də (şaquli) ölçüdə istifadə
olunacaq. Bu səbəbdən 1920x1080 əsas ölçü və 1080x1920 ölçü isə adaptasiya
faylına ehtiyac olacaqdır. Adaptasiya versiyanın təqdim olunması mütləqdir.
Dizayn faylı – https://drive.google.com/file/d/1QY-ZHcD6d80iaUC-sIbngSzHDQ6p-u9k/view?usp=sharing
Aztelekom MMC Elan - Videoçarxın hazırlanması.docx


