Aztelekom MMC “Videoçarxın hazırlanması xidməti”nin satın alınması məqsədilə açıq tender müddəti 23.06.2025-ci il tarixinədək uzaldılmışdır.
Loading
EN

Aztelekom MMC “Videoçarxın hazırlanması xidməti”nin satın alınması məqsədilə açıq tender müddəti 23.06.2025-ci il tarixinədək uzaldılmışdır.

         I.        

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§ Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§ Uyğunluq sənədləri;

§ Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 29.05.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

 

        II.        

Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

Uyğunluq sənədləri və qiymət təklifi əsli və surəti olmaqla bir zərfdə 23.06.2025-ci il tarixində saat 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni zamanda üzərində müsabiqənin  və təchizatçının adı  qeyd edilməlidir.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

       III.        

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 10 AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§ Hesab nömrəsi:

VÖEN: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bank VÖEN-i 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§ İştirak haqqı heç bir halda geri qaytarılmır.

§ Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

      IV.        

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Aytac İbrahimova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 0000 (daxili  2225)

Mail: aytaj.ibrahimova@aztelekom.az

 

       V.        

Bank təminatı 50 AZN (əlli manat)

      VI.        

 Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 23 iyun 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

 

     VII.        

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

 

 

S/s

Adı

Xüsusiyyətləri

Ölçü vahidi

Miqdarı

1

2

3

4

5

1

Videoçarx

2 ölçüdə lazımdır.
1920x1080 əsas və həmin videonun 1080x1920 ölçüdə adaptasiyası

ədəd

2

2

Səsləndirmə (1 bəy, 1 xanım)

-

nəfər

2

 

 

Qeyd:

Videoçarxın hazırlanması xidməti üçün təlimatları əks etdirən illüstrasiya faylı qoşmadadır.
Videoçarx müasir video trendlərinə uyğun hazırlanmalıdır. Görüntü keyfiyyəti yüksək olmalıdır. MP4 video halında təqdim edilməlidir. Dizayn faylında təsvir edildiyi kimi sketch üslubunda, animasiya formatında olmalıdır. Qrafik elementlərin animasiyaya çevrilməsi üçün mümkün layerlərin açıq işlənə bildiyi master-fayl qoşmada təqdim olunmuşdur. Kadr keçidləri musiqi ilə müşayiət olunmalıdır. Musiqinin tonu korporativ üslubda olmalıdır. Videoçarxdakı mətn daha sonra səsləndiriləcəkdir. Xanım səsləndirən şəxs yalnız 3 və 4-cü slaydlardakı qadın illustrasiya hissəni, bəy səsləndirən əməkdaş isə videonun qalan hissəsini səsləndirəcəkdir.Videoçarxın 1 dəq 20 saniyə - 1 dəq 50 saniyə aralığında olmalıdır. 
Referans videoya keçid edin - https://www.youtube.com/watch?v=1jTIWnJ-p3A 

Rənglər  –  videoçarx master-faylda qeyd edilən brend rəng(lər)inə uyğun şəkildə hazırlanmalıdır. Həmən rəng(lər)dən kənar rəngin təqdim olunması qəbul edilməzdir.

Ölçülər –  videoçarx həm horizontal (üfüqi), həm də (şaquli) ölçüdə istifadə olunacaq. Bu səbəbdən 1920x1080 əsas ölçü və 1080x1920 ölçü isə adaptasiya faylına ehtiyac olacaqdır. Adaptasiya versiyanın təqdim olunması mütləqdir.

Dizayn faylı –   https://drive.google.com/file/d/1QY-ZHcD6d80iaUC-sIbngSzHDQ6p-u9k/view?usp=sharing  

 Aztelekom MMC Elan - Videoçarxın hazırlanması.docx


Search

×