“Aztelekom” MMC " Soyutma sistemlərinin alınması və quraşdırılması üzrə açıq tender elan edir.
Loading
RU

“Aztelekom” MMC " Soyutma sistemlərinin alınması və quraşdırılması üzrə açıq tender elan edir.



“Aztelekom” MMC "Soyutma sistemlərinin alınması və quraşdırılması üzrə açıq tender elan edir.

Elan tarixi:03.04.2026-cı il

 

Ehtimal qiymət: ƏDV daxil 658 228,2 AZN (altı yüz əlli səkkiz min iki yüz iyirmi səkkiz manat iyirmi qəpik)

         I.        

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§Uyğunluq sənədləri;

§Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 10.04.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

       II.        

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 17.04.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

[email protected]

[email protected]

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected] e-mail ünvanına göndərilməlidir.

 

Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

 

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

 

      III.        

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§ Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər450  (dörd yüz əlli manat)  AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§İştirak haqqı heç bir halda geri qaytarılmır.

§Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

     IV.        

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Aytac İbrahimova

Satınalma şöbəsi

Satınalma üzrə aparıcı mütəxəssis

Telefon: +994 12 344 00 00 (2225)

Mobil:    +994 10 255 85 05

Mail: [email protected]

      V.        

Bank təminatı: 7000 AZN (yeddi min manat)

     VI.        

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Müsabiqə üzrə təkliflərin açılışı 17.04.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

   VII.        

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş Soyutma sistemlərinin alınması və quraşdırılması üzrə açıq tenderdə iştirak etmək üçün

ƏRİZƏ

                                 (ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                            “___” _______  2026 cı il

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur  müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək  acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

________________________________               _______________________

           A.S.A                                                                         İmza(möhür)                                       

Satın alınacaq mallara dair

MƏLUMAT

Malların və xidmətin adı

Xüsusiyyətlər

Miqdar

Ölçü vahidi

1

Soyutma sistemi (Air Cooled Room Cooling)

ÜMUMİ MƏLUMAT:
Sistem tipi: Raised Floor Downflow Precision DX Cooling
İsti hava axını sorması: Yuxarıdan
Soyuq hava axını üfürməsi: Altdan
Soyuducu maddə: R410A
Kondensatorların sayı: 1
Aqreqatın qidalanması: 400 V / 3 faza / 50 Hz
Kondensatorun qidalanması: 230 V / 1 faza / 50 Hz

Hava filtri: Yuyula bilən
Korpus rəng: Ağ
Tətbiq sahəsi: IT və NON-IT avadanlıqlarının soyudulması üçün nəzərdə tutulub.

İŞ ŞƏRAİTİ:
Quru termometr temperaturu: 24.0 °C
Nisbi rütubət: 50 %
Yaş termometr temperaturu: 17.1 °C
Dəniz səviyyəsindən hündürlük: 0 m
Xarici statik təzyiq: 20 Pa
Xarici hava temperaturu: 35.0 °C ~ 45.0 °C

PERFORMANS / XÜSUSİYYƏTLƏR:

Ümumi soyutma gücü 118,8 kVt

Həssas soyutma gücü 106,4 kVt

Xalis ümumi soyutma gücü 114,6 kVt

Xalis həssas soyutma gücü 102,2 kVt

EER (ümumi soyutma gücü/sistem enerji istehlakı) 2,7 kVt/kVt

COP (Kompressor Performans Əmsalı) 3,2 kVt/kVt

Otaq bölməsinin hava axını sürəti 27000 m³/saat

Otaq bölməsinin hava axını sürəti 7,5 m³/s

Kompressorun udma gücü 37,2 kVt

Kompressorun udma cərəyanı 63,2 A

Ventilyatorların sayı 3 -

Ventilyator(lar)ın udma gücü 4,2 kVt


KONDENSATOR (ƏLAVƏ MƏLUMATLAR)
Kondensatorun hava axını sürəti 8,5 m³/s

Sərbəst sahədə (ayaqlarla) 10 m məsafədə kondensatorun səs təzyiqi səviyyəsi 44,2 dB(A)

Sərbəst sahədə (ayaqlarsız) 10 m məsafədə kondensatorun səs təzyiqi səviyyəsi 47,2 dB(A)

Kondensasiya temperaturu C1 54,0 °C

Kondensasiya temperaturu C2 54,0 °C

ÖLÇÜLƏR VƏ ÇƏKİ
İç blok
Hündürlük 2150 mm

Eni 2650 mm

Dərinlik 900 mm


Çöl blok
Hündürlük 2253 mm

Eni 2410 mm

Dərinlik 800 mm

MONİTORİNQ SİSTEMİ
İdarəetmə paneli: Çox funksiyalı LCD statusu və idarəetmə konsolu, şəbəkə idarəetmə kartı
GUI
SNMP (MIB OID)

ZƏMANƏT
Zəmanət müddəti - 3 il (ehtiyat hissələri, yerində təmir)

 

TƏLƏBLƏR
İç və çöl blokların elektrik qida mənbəyinə qoşulması üçün elektrik kabelləri, elektrik qoruyucu avtomat, mis borular, drenaj sistemi, mis boruların qapaqlı kanal sistemi ilə çəkilməsi, daşınma (kran) və montaj quraşdırma işləri, çöl blokların yerləşdirilməsi üçün metal konstruksiya vendor tərəfindən təmin edilməlidir.

İç blok və AC qida mənbəyi arasındakı məsafə: 30 metr

Elektrik kabelin tipi: Mis (Cu), XLPE / PVC izolyasiyalı

Elektrik kabelin quruluşu: 5 damarlı L1+L2+L3+N+PE

Elektrik kabelin kəsik sahəsi: 5×16 mm² Cu

Mis boru (iç və çöl blok arasındakı məsafə): 40 metr

Qapaqlı kanal sistemi: 30 metr

Qoruyucu avtomat: 63 A, 3P+N, C curve

GÖRÜLƏCƏK İŞLƏR

Quraşdırılacaq yeni soyutma sistemi №219 saylı otaqda hal-hazırda istismarda olansoyutmasisteminin yerində quraşdırılacaqdır. Demontajı planlaşdırılan soyutmasistemi isə №217 saylı otaqda quraşdırılacaqdır.(~35-40m yerini dəyişəcək)

Demontaj və montaj işləri icra ediləcək.

 

 

 

1

ədəd

2

Soyutma sistemi (InRow DX Cooling)

ÜMUMİ MƏLUMAT

Sistem tipi: Direct Expansion InRow

Soyuq hava axını üfürməsi - öndən

İsti hava axını sorması - arxadan
Hava filtri: Yuyula bilən

Korpus rəng: Qara

Tətbiq sahəsi: IT və NON-IT avadanlıqlarının soyudulması üçün nəzərdə tutulub.

 

İŞ ŞƏRAİTİ

Quru termometr otaq temperaturu: 30.0 °C ~ 35.0 °C

Xarici hava temperaturu: 35.0 °C ~ 45.0 °C

 

PERFORMANS / TEXNİKİ GÖSTƏRİCİLƏR

Ümumi soyutma gücü: 30 kW

Çıxış hava temperaturu: 15 ~ 17 °C

Rütubət: 40 ~ 60%

 

ÖLÇÜLƏR

İç blok

Hündürlük: 2000 mm

En: 300 mm

 

MONİTORİNQ SİSTEMİ
İdarəetmə paneli: Çox funksiyalı LCD statusu və idarəetmə konsolu, şəbəkə idarəetmə kartı
GUI
SNMP (MIB OID)

ZƏMANƏT
Zəmanət müddəti - 1 il (ehtiyat hissələri, yerində təmir)

 

TƏLƏBLƏR
İç və çöl blokların elektrik qida mənbəyinə qoşulması üçün elektrik kabelləri, elektrik qoruyucu avtomat, mis borular, drenaj sistemi, mis boruların qapaqlı kanal sistemi ilə çəkilməsi, daşınma (kran) və montaj quraşdırma işləri, çöl blokların yerləşdirilməsi üçün metal konstruksiya vendor tərəfindən təmin edilməlidir.
İç blok və AC qida mənbəyi arasındakı məsafə: 40 metr

Çöl blok və AC qida mənbəyi arasındakı məsafə: 40 metr

Elektrik kabelin tipi: Mis (Cu), XLPE / PVC izolyasiyalı

Elektrik kabelin quruluşu: 5 damarlı L1+L2+L3+N+PE

Elektrik kabelin kəsik sahəsi: 5×10 mm² Cu

Mis boru (iç və çöl blok arasındakı məsafə): 30 metr

Qapaqlı kanal sistemi: 20 metr

Qoruyucu avtomat: 32/63 A, 3P+N, C curve

 

7

ədəd

 

Поиск

×