“Aztelekom” MMC " Soyutma sistemlərinin alınması və quraşdırılması üzrə açıq tender elan edir.
Elan tarixi:03.04.2026-cı il
Ehtimal qiymət: ƏDV daxil 658 228,2 AZN (altı yüz əlli səkkiz min iki yüz iyirmi səkkiz manat iyirmi qəpik) | |
I. | Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər: § Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur); § Uyğunluq sənədləri; § Qiymət təklifi.
Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 10.04.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına təqdim olunmalıdır. |
II. | Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 17.04.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir: QEYD: Faylın şifrəsi ayrıca və yalnız [email protected] e-mail ünvanına göndərilməlidir.
Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.
Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.
|
III. | İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi: § Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 450 (dörd yüz əlli manat) AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər. § Hesab nömrəsi: “Aztelekom” MMC-nin VÖEN-i: 9900038501 Bank: Azərpoçt MMC PF 1 Bankın VÖEN-i: 9900037711 KOD: 691011 SWİFT: AZPOAZ22 H/H: AZ62AZPO91015461200420100166 M/H: AZ76NABZ01350100000000094944
§ İştirak haqqı heç bir halda geri qaytarılmır. § Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır. |
IV. | Satınalan təşkilatın ünvanı: AZ1122, Bakı şəhəri,Tbilisi pr 107 Aztelekom MMC Əlaqələndirici şəxs: Aytac İbrahimova Satınalma şöbəsi Satınalma üzrə aparıcı mütəxəssis Telefon: +994 12 344 00 00 (2225) Mobil: +994 10 255 85 05 Mail: [email protected] |
V. | Bank təminatı: 7000 AZN (yeddi min manat) |
VI. | Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Müsabiqə üzrə təkliflərin açılışı 17.04.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır. |
VII. | Müsabiqənin nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək |
“Aztelekom” MMC tərəfindən elan edilmiş Soyutma sistemlərinin alınması və quraşdırılması üzrə açıq tenderdə iştirak etmək üçün
ƏRİZƏ
(ərizə iştirakçının firma blankında tərtib edilir)
Bakı şəhəri “___” _______ 2026 cı il
Aztelekom MMC-nin
Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə
Hörmətli Elnur müəllim,
Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.
Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:
1. Şirkətin tam adı: |
| ||
2. Ünvan: | Şəhər: | Poçt indeksi: | Ölkə: |
3. Əlaqələndiri şəxsin adı və soyadı: |
| ||
4. Əlaqələndirici şəxsin vəzifəsi: |
| ||
5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı: |
| ||
6. Qeydiyyatda olduğu ölkə: |
| ||
7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi: |
| ||
________________________________ _______________________
A.S.A İmza(möhür)
Satın alınacaq mallara dair
MƏLUMAT
№ | Malların və xidmətin adı | Xüsusiyyətlər | Miqdar | Ölçü vahidi |
1 | Soyutma sistemi (Air Cooled Room Cooling) | ÜMUMİ MƏLUMAT: Hava filtri: Yuyula bilən Ümumi soyutma gücü 118,8 kVt Həssas soyutma gücü 106,4 kVt Xalis ümumi soyutma gücü 114,6 kVt Xalis həssas soyutma gücü 102,2 kVt EER (ümumi soyutma gücü/sistem enerji istehlakı) 2,7 kVt/kVt COP (Kompressor Performans Əmsalı) 3,2 kVt/kVt Otaq bölməsinin hava axını sürəti 27000 m³/saat Otaq bölməsinin hava axını sürəti 7,5 m³/s Kompressorun udma gücü 37,2 kVt Kompressorun udma cərəyanı 63,2 A Ventilyatorların sayı 3 - Ventilyator(lar)ın udma gücü 4,2 kVt
Sərbəst sahədə (ayaqlarla) 10 m məsafədə kondensatorun səs təzyiqi səviyyəsi 44,2 dB(A) Sərbəst sahədə (ayaqlarsız) 10 m məsafədə kondensatorun səs təzyiqi səviyyəsi 47,2 dB(A) Kondensasiya temperaturu C1 54,0 °C Kondensasiya temperaturu C2 54,0 °C Eni 2650 mm Dərinlik 900 mm
Eni 2410 mm Dərinlik 800 mm
TƏLƏBLƏR İç blok və AC qida mənbəyi arasındakı məsafə: 30 metr Elektrik kabelin tipi: Mis (Cu), XLPE / PVC izolyasiyalı Elektrik kabelin quruluşu: 5 damarlı L1+L2+L3+N+PE Elektrik kabelin kəsik sahəsi: 5×16 mm² Cu Mis boru (iç və çöl blok arasındakı məsafə): 40 metr Qapaqlı kanal sistemi: 30 metr Qoruyucu avtomat: 63 A, 3P+N, C curve GÖRÜLƏCƏK İŞLƏR Quraşdırılacaq yeni soyutma sistemi №219 saylı otaqda hal-hazırda istismarda olan soyutma sisteminin yerində quraşdırılacaqdır. Demontajı planlaşdırılan soyutma sistemi isə №217 saylı otaqda quraşdırılacaqdır.(~35-40m yerini dəyişəcək) Demontaj və montaj işləri icra ediləcək.
| 1 | ədəd |
2 | Soyutma sistemi (InRow DX Cooling) | ÜMUMİ MƏLUMAT Sistem tipi: Direct Expansion InRow Soyuq hava axını üfürməsi - öndən İsti hava axını sorması - arxadan Korpus rəng: Qara Tətbiq sahəsi: IT və NON-IT avadanlıqlarının soyudulması üçün nəzərdə tutulub.
İŞ ŞƏRAİTİ Quru termometr otaq temperaturu: 30.0 °C ~ 35.0 °C Xarici hava temperaturu: 35.0 °C ~ 45.0 °C
PERFORMANS / TEXNİKİ GÖSTƏRİCİLƏR Ümumi soyutma gücü: 30 kW Çıxış hava temperaturu: 15 ~ 17 °C Rütubət: 40 ~ 60%
ÖLÇÜLƏR İç blok Hündürlük: 2000 mm En: 300 mm
MONİTORİNQ SİSTEMİ
TƏLƏBLƏR Çöl blok və AC qida mənbəyi arasındakı məsafə: 40 metr Elektrik kabelin tipi: Mis (Cu), XLPE / PVC izolyasiyalı Elektrik kabelin quruluşu: 5 damarlı L1+L2+L3+N+PE Elektrik kabelin kəsik sahəsi: 5×10 mm² Cu Mis boru (iç və çöl blok arasındakı məsafə): 30 metr Qapaqlı kanal sistemi: 20 metr Qoruyucu avtomat: 32/63 A, 3P+N, C curve
| 7 | ədəd |



