“Qərb, Cənub Regional Filialları, Xaçmaz, Quba və Şabran zonaları üçün İP kamera sisteminin alınıb quraşdırılmasının satın alınması" üzrə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.
Loading
RU

“Qərb, Cənub Regional Filialları, Xaçmaz, Quba və Şabran zonaları üçün İP kamera sisteminin alınıb quraşdırılmasının satın alınması" üzrə keçirilən açıq tender üzrə gözləmə müddəti başlamışdır.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 01.04.2026-ci il tarixdə “Qərb, Cənub Regional Filialları, Xaçmaz, Quba və Şabran zonaları üçün İP kamera sisteminin alınıb quraşdırılması " üzrə keçirilən açıq tenderin qalibi “İNFİNİTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1300226131; Ünvan: AZ1002, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli ev 9, m.107) müəyyən edilmişdir.

Qalib təşkilatın dəyəri ƏDV daxil 130758,16 AZN (bir yüz otuz min yeddi yüz əlli səkkiz manat, on altı qəpik) olan təklifinin aksept olunması qərarı verilmişdir.

Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.10. bəndinə əsasən, müsabiqənin nəticəsi üzrə  27 aprel 2026-cı il tarixdən başlayaraq 01 may 2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.

Поиск

×