“Aztelekom” Məhdud
Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun
olaraq 01.04.2026-ci il tarixdə “Qərb,
Cənub Regional Filialları, Xaçmaz, Quba və Şabran zonaları üçün İP kamera sisteminin
alınıb quraşdırılması" üzrə
keçirilən açıq tenderin qalibi “İNFİNİTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1300226131; Ünvan: AZ1002,
Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli ev 9, m.107) müəyyən
edilmişdir.
Qalib təşkilatın dəyəri ƏDV daxil 130758,16 AZN (bir yüz otuz min yeddi yüz
əlli səkkiz manat, on altı qəpik) olan təklifinin
aksept olunması qərarı verilmişdir.
Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının
14.10. bəndinə əsasən, müsabiqənin nəticəsi üzrə 27 aprel 2026-cı il tarixdən başlayaraq 01
may 2026-cı il tarixədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti
təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət
etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.



