“Aztelekom” MMC “Lisenziyaların satın alınması” üzrə açıq tender elan edir.
Loading
RU

“Aztelekom” MMC “Lisenziyaların satın alınması” üzrə açıq tender elan edir.





“Aztelekom” MMC “Lisenziyaların satın alınması” üzrə açıq tender elan edir.

Elan tarixi:17.06.2026-cı il

 

Ehtimal qiymət: 1.001.159,61 AZN (ƏDV daxil)

         I.        

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§Uyğunluq sənədləri;

§Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 06.07.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

       II.        

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 09.07.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

musaba.babirova@aztelekom.az

[email protected]

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected] e-mail ünvanına göndərilməlidir.

 

Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

 

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

 

      III.        

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər600,00  AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§İştirak haqqı heç bir halda geri qaytarılmır.

§Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

     IV.        

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Müsabə Bəbirova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 00 00 (2202)

Mail: musaba.babirova@aztelekom.az

      V.        

Bank təminatı: 10.011,00 AZN

     VI.        

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Müsabiqə üzrə təkliflərin açılışı 10.07.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

   VII.        

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş “Lisenziyaların satın alınması” üzrə açıq tenderdə iştirak etmək üçün

ƏRİZƏ

                                 (ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                            “___” _______  2026 cı il

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur  müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək  acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

________________________________                                   _______________________

A.S.A                                                                                         İmza (möhür)                                      

Satın alınacaq mallara dair

MƏLUMAT

Sıra №-si

Satın alınması planlaşdırılan satınalma predmetinin

adı

təsviri, texniki və keyfiyyət xüsusiyyəti

ölçü vahidi

miqdarı

1

2

3

4

5

1

Microsoft 365 E3

Teams , Word , Excel ,

PowerPoint , Outlook ,

OneNote ,

Access (yalnız Windows), Publisher (yalnız Windows)

3 illik

ədəd

401

2

Visio Plan 2

3 illik

ədəd

20

3

Think-Cell

1 illik

ədəd

20

4

PowerBİ Pro

1 illik

ədəd

100

 

Ərizə forması-Lisenziyalar.docx


Поиск

×