“Aztelekom” MMC “Lisenziyaların satın alınması” üzrə açıq
tender elan edir.
Elan tarixi:17.06.2026-cı il
Ehtimal qiymət: 1.001.159,61 AZN
(ƏDV daxil) | |
I. | Müsabiqədə
iştirak etmək üçün təqdim edilməli sənədlər: §Müsabiqədə
iştirak haqqında müraciət (forma əlavə
olunur); §Uyğunluq sənədləri; §Qiymət təklifi.
Müsabiqədə
iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak
haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 06.07.2026-cı
il, Bakı vaxtı ilə saat 16:00-a
qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail
ünvanına təqdim olunmalıdır. |
II. | Uyğunluq sənədləri
və qiymət təklifi şifrələnmiş formada 09.07.2026-cı il tarixində saat 16:00-dək
Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim
edilməlidir: musaba.babirova@aztelekom.az QEYD: Faylın şifrəsi ayrıca və yalnız [email protected]
e-mail ünvanına göndərilməlidir.
Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə
alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və
istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri,
tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr,
fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri,
sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə
zəruri hesab edilən digər hallar.
Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər
nəzərə alınmayacaqdır.
|
III. | İştirak haqqı
və əsas şərtlər toplusunun əldə edilməsi: § Müsabiqənin əsas şərtlər toplusunu
əldə etmək istəyənlər600,00 AZN iştirak haqqını qeyd olunan
hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap
formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş
tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
§Hesab nömrəsi: “Aztelekom” MMC-nin VÖEN-i: 9900038501 Bank: Azərpoçt MMC PF 1 Bankın VÖEN-i:
9900037711 KOD:
691011 SWİFT:
AZPOAZ22 H/H: AZ62AZPO91015461200420100166 M/H:
AZ76NABZ01350100000000094944
§İştirak haqqı heç bir halda geri qaytarılmır. §Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin
adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır. |
IV. | Satınalan təşkilatın ünvanı: AZ1122,
Bakı şəhəri,Tbilisi pr 107 Aztelekom MMC
Əlaqələndirici şəxs: Müsabə Bəbirova Satınalma şöbəsi Satınalma mütəxəssisi Telefon: +994
12 344 00 00 (2202) |
V. | Bank təminatı:
10.011,00 AZN |
VI. | Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Müsabiqə üzrə təkliflərin açılışı 10.07.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır. |
VII. | Müsabiqənin
nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına
göndəriləcək |
“Aztelekom” MMC tərəfindən elan edilmiş “Lisenziyaların
satın alınması” üzrə açıq tenderdə iştirak etmək üçün
ƏRİZƏ
(ərizə iştirakçının firma blankında tərtib
edilir)
Bakı şəhəri
“___” _______
2026 cı il
Aztelekom MMC-nin
Satınalma
Komissiyasının sədri cənab Elnur Allahverdiyevə
Hörmətli Elnur müəllim,
Biz [İştirakçının
tam adı daxil edilir], “________________________________________”-ın satın alınması
üçün keçiriləcək acıq tenderdə iştirak
etmək niyyətində olduğumuzu təsdiq edirik.
Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim
edirik:
1. Şirkətin tam adı: |
| ||
2. Ünvan: | Şəhər: | Poçt indeksi: | Ölkə: |
3. Əlaqələndiri şəxsin adı və soyadı: |
| ||
4. Əlaqələndirici şəxsin vəzifəsi: |
| ||
5.Əlaqələndirici şəxsin elektron poçt
ünvanı: |
| ||
6. Qeydiyyatda olduğu ölkə: |
| ||
7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi
nömrəsi: |
| ||
________________________________ _______________________
A.S.A İmza (möhür)
Satın alınacaq mallara dair
MƏLUMAT
Sıra №-si | Satın alınması planlaşdırılan
satınalma predmetinin | |||
adı | təsviri, texniki və keyfiyyət
xüsusiyyəti | ölçü vahidi | miqdarı | |
1 | 2 | 3 | 4 | 5 |
1 | Microsoft 365 E3 | Teams , Word , Excel , PowerPoint , Outlook , OneNote , Access (yalnız Windows),
Publisher (yalnız Windows) 3 illik | ədəd | 401 |
2 | Visio Plan 2 | 3 illik | ədəd | 20 |
3 | Think-Cell | 1 illik | ədəd | 20 |
4 | PowerBİ Pro | 1 illik | ədəd | 100 |
Ərizə forması-Lisenziyalar.docx



