I. | Müsabiqədə
iştirak etmək üçün təqdim edilməli sənədlər: §Müsabiqədə iştirak haqqında müraciət (forma
əlavə olunur); §Uyğunluq sənədləri; §Qiymət təklifi.
Müsabiqədə iştirak
haqqında müraciət sənədi (imzalanmış və
möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən
geci 04.09.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə
qeyd olunmuş e-mail ünvanına təqdim
olunmalıdır.
|
II. | Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı: Uyğunluq sənədləri və qiymət təklifi əsli və surəti olmaqla bir zərfdə 11.09.2025-ci
il tarixində saat 16:00-aqədər Satınalan təşkilata təqdim
olunmalıdır. Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni
zamanda üzərində müsabiqənin və təchizatçının
adı qeyd edilməlidir. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri
açılmadan geri qaytarılacaqdır. |
III. | İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi: § Müsabiqənin əsas şərtlər toplusunu
əldə etmək istəyənlər 250 AZN iştirak
haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və
ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində
göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi
ala bilərlər. §Hesab nömrəsi: VÖEN:
9900038501 Bank: Azərpoçt MMC PF 1 Bank VÖEN-i9900037711 KOD:
691011 SWİFT:
AZPOAZ22 H/H AZ62AZPO91015461200420100166 M/H: AZ76NABZ01350100000000094944
§İştirak haqqı heç bir halda geri qaytarılmır. §Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin
adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır. |
IV. | Satınalan təşkilatın ünvanı: AZ1122,
Bakı şəhəri,Tbilisi pr 107 Aztelekom MMC Əlaqələndirici şəxs: Aytac İbrahimova Satınalma şöbəsi Satınalma mütəxəssisi Telefon: +994 12 344 0000 (daxili
2225) Mail: aytaj.ibrahimova@aztelekom.az |
V. | Bank təminatı 1240 AZN(min iki yüz qırx
manat) |
VI. | Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Zərflərin açılışı 11 sentyabr 2025-ci il tarixdə, Bakı vaxtı ilə
saat 16:00-da elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın
ünvanda baş tutacaqdır. |
VII. | Müsabiqənin nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına
göndəriləcək.
|
“Aztelekom” MMC tərəfindən elan edilmiş “Xüsusi
promo məhsulların satın alınması” ilə bağlı elan edilmiş açıq tenderdə iştirak
etmək üçün
ƏRİZƏ
(ərizə
iştirakçının firma blankında tərtib edilir)
Bakı şəhəri
“___”_________ 2025-ci il
Aztelekom MMC-nin
Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə
Hörmətli Elnur müəllim,
Biz [İştirakçının
tam adı daxil edilir], “________________________________________”-ın
satınalınması üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində
olduğumuzu təsdiq edirik.
Şirkətimizlə bağlı
aşağıdakı məlumatları təqdim edirik:
1. Şirkətin tam adı: |
| ||
2. Ünvan: | Şəhər: | Poçt indeksi: | Ölkə: |
3. Əlaqələndiri şəxsin adı və soyadı: |
| ||
4. Əlaqələndirici şəxsin vəzifəsi: |
| ||
5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı: |
| ||
6. Qeydiyyatda olduğu ölkə: |
| ||
7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi: |
| ||
________________________________
_______________________
A.S.A
İmza (möhür)
Satın
alınacaq mallara dair
MƏLUMAT
№ | Malların
adı | Texniki tələblər | Miqdar | Ölçü
Vahidi |
1 | A
kateqoriya korporativ hədiyyə komplekti | Bu mal 1 ədəd
premium keyfiyyətli taxta qutu və içində yerləşdiriləcək aşağıdakı komponentlərdən
ibarətdir: ·
Premium taxta qutu – 55 sm
hündürlük, 35 sm en, 17 sm dərinlik, taxta qalınlığı 2 sm. Məhsullar yuxarı,
orta və aşağı hissələrə bir aralı-aralı düzülməlidir. A kateqoriya üçün – boz
rəngdə şam ağacı formasında (üçbucaq silüetində) qutu. Material taxta.
Qutunun üzərindəki dizayn oyularaq çox da dərin olmayan kəsim halında təqdim olunmalıdır. Qutunun içinə qabın həcmi
qədər boz rəngdə zərlər qoyulmalıdır. · Premium fincan – material keramika, əldə hazırlanmış (handmade).
Keramika üzərində xırda qaranöqtəli təbii izlər olmalıdır. Yuxarı hissəsi:
İşıqlı, krem-bej rəngi (“matoff-white”) Aşağı hissəsi: Açıq gil-sarı rəng
tonunda mat tekstura (terrakota tonunda) Göy rəngdə Aztelekom loqosu üzərinə
çap olunmalıdır. · Premium USB-li
wireless orqanayzer – üzərisi dəri örtüklə
qablaşdırılmış, TYPE-C və USB-C – Lightning şarj portları 2 ədəd və göy rəngdə
premiumqələmi ilə birgəTermo dəri örtük. Magsafe (maqnetli) və sürətli şarj
xüsusiyyəti. İçi orqanayzer kimi gündəlik qoyula bilsin. Gündəlik 90
yarpaqdan ibarət olsun. İçərisində sol tərəfdə4 ədəd vizitkard yeri və 3 ədəd
sənəd bölməsi olsun. Ön hissəsində doluluq faizini göstərən 4 mərtəbəli ledişıqlı
faiz göstəricisi olsun. Üzərində sağ aşağıda Aztelekom loqosu olsun. Qələm
qoymaq üçün lastik olsun və içinə qələm yerləşdirilsin. Qələm materialı metal
Roller qələm. Qara vəya göy rəngdə yazsın. Üzərinə lazer çap ilə Aztelekom loqosu
vurulacaq ağ rəngdə. Qələm özü göy rəngdə olsun. Ölçü 240x80x38 mm / 700-800
qram / rəng göy. Dəftərin iç hissəsi Azərbaycan dilində olsun. ·
LED masa lampası – ağ
rəngdə. Sarı istiliklə assosiasiya olunur. Sarı işığı olan minimal LED masa
lampası. Oturacaq hissəsində göy rəngli Aztelekom loqosu çap olunsun. Güc 8W.
Gərginlik 100-240V/50 Masa lampasının uzunluğu 35 sm-dən çox olmamalıdır.
Masa lampası seçilərkən taxta qutunun ölçülərinə uyğun olaraq içərisinə yerləşməlidir.
Mütləq nəzərə alınmalıdır. · Metal dəri brelok – ikitərəfli göy rəngdə və metal dəri brelok. Tutacağı dəri, açarlıq hissəsi
isə metal olacaq. Qutu ilə birgə təqdim olunsun. Metal hissə üzərində qara rəngdə
Aztelekom loqosu yalnız 1 tərəfdən lazer çapı ilə həkk olunacaq. QR kodlu təbrik
kartı – A5 ölçüsündə postkard dizaynı çap
olunacaq. Post kard ağ rəngdə. üzərinə
yerləşdirilmiş QR kod skan edildikdə Aztelekom işçiləri tərəfindən səsləndirilmiş
ağ fonda (Aztelekom loqotipi də yer almaqla) 1 dəqiqəlik təbrik videosuna
keçid edəcək. | 379 | ədəd |
2 | B
kateqoriya korporativ hədiyyə komplekti | Bu mal 1 ədəd
premium keyfiyyətli taxta qutu və içində yerləşdiriləcək aşağıdakı komponentlərdən
ibarətdir:
· Premium taxta
qutu – 55
sm hündürlük, 35 sm en, 17 sm dərinlik, taxta qalınlığı 2 sm. Məhsullar
yuxarı, orta və aşağı hissələrə bir aralı-aralı düzülməlidir. B kateqoriya
üçün – göy rəngdə şam ağacı formasında (üçbucaq silüetində) qutu. Material
taxta. Qutunun üzərindəki dizayn oyularaq çox da dərin olmayan kəsim
halında təqdim olunmalıdır. Qutunun
içinə qabın həcmi qədər açıq göy rəngdə zərlər qoyulmalıdır. ·
Standart fincan –Aztelekom göy rəngində
standart keyfiyyətdə fincan. Ağ rəngdə Aztelekom loqosu qabarıq formada ikitərəfli
çap olunmalıdır. ·
Termo dəri dəftər – 13x21 sm ölçüdə göy rəngdə Termo dəri qapaqlı dəftər.
Sağ tərəfində qələm yeri olsun. 112 vərəq, 80 qram Ivory kağız. Qələm taxma
lastik yeri olsun. Dəftərə aşağıdan loqo qoyulsun. Deboss batırma basqı
(soyuq gofre, içəriyə doğru) Dəftərin içi Azərbayan dilində olsun. ·
LED masa lampası – ağ rəngdə. Sarı istiliklə assosiasiya olunur.
Sarı işığı olan minimal LED masa lampası. Oturacaq hissəsində göy rəngli
Aztelekom loqosu çap olunsun. Güc 8W. Gərginlik 100-240V/50. Masa lampasının
uzunluğu 35 sm-dən çox olmamalıdır. Masa lampası seçilərkən taxta qutunun
ölçülərinə uyğun olaraq içərisinə yerləşməlidir. Mütləq nəzərə alınmalıdır. ·
Kiçik şam ağacı – mini masa üzərinə
qoymağa qeyri-təbii kiçik şam ağacı aksesuarı. Alt hissəsi Aztelekom göy rəngində
olacaq. Masa üzərində sabit durmalıdır.
Səth örtüyü: UV davamlı laminat, alt hissəsi ağac görünüşünü imitasiya
edən, asan silinən və dağılmayan örtük. Rəng: Açıq şam tonu və ya istəyə
uyğun RAL kataloqundan rəng seçimi. Montaj: Hazır vəziyyətdə; əlavə
quraşdırma tələb etmir. İstifadə məqsədi: Yeni il dekorasiyası, masaüstü hədiyyə
qutusu, vitrin təqdimatı. Üzərində 5 ədəd kiçik oyuncaq, 1 ədəd qoza və 1 ədəd
ulduz başlığı olmalıdır. · QR kodlu
təbrik kartı – A5 ölçüdə postkard
dizaynı çap olunacaq. Post kard üzərinə yerləşdirilmiş QR kod skan edildikdə
Aztelekom işçiləri tərəfindən səsləndirilmiş ağ fonda (Aztelekom loqotipi də
yer almaqla) 1 dəqiqəlik təbrik videosuna keçid edəcək. Videonun çəkilişi və
montajı təchizatçı tərəfindən Aztelekom ofisində həyata keçiriləcək. Yeni
ildə izlənməli 10 film kağız postkart – A5
ölçüdə Bingo tematikasında postcard. Üz tərəfində Aztelekom göy rəngi dizaynı
və ağ rəngdə loqosu olacaq. Arxa tərəfində Aztelekom və Yeni il ab-havasında
dizayn olacaq. 10 ədəd film xanalarda yer alacaq. | 138 | ədəd |
3 | Kağız
çanta | Taxta qutunun ölçülərinə uyğun kəsimdə kağız
çanta. Taxta qutunun çantaya yerləşə bilməsi faktoru çantanın forma və ölçülərini
hazırlayacaq bıçaq seçilən zaman mütləq nəzərə alınmalıdır. Çanta Aztelekom
brendinqinə uyğun göy rəngdə olacaq. Hər iki tərəfindən dizayn olacaq. | 532 | ədəd |
4 | Təbrik
videosu | Aztelekom əməkdaşları tərəfindən səsləndirilmiş
maksimum | 1 | ədəd |
Qeyd 1: Kütləvi
tirajdan öncə hər bir predmetin nümunəsi təqdim olunmalıdır. Məhsullar üzərində
loqo mövqeyi nümunə çapı zamanı yoxlanacaqdır.
Qeyd 2:
Master-fayl dizaynlar və Aztelekom brendinqi yer alan loqolar qoşma faylında təqdim
edilmişdir. Tirajdan öncə brendinq (loqotip) dəyişə bilər, bu səbəbdən tirajdan
öncə kommunikasiya vacibdir.
Qeyd 3: Post kard üzərinə yerləşdirilmiş QR kod skan
edildikdə Aztelekom işçiləri tərəfindən səsləndirilmiş ağ fonda (Aztelekom
loqotipi də yer almaqla) 1 dəqiqəlik təbrik videosuna keçid edəcək.
Qeyd 4: Taxta qutu hazırlanarkən məhsulların ölçüləri
və məhsulların qutuya yerləşə bilməsi nəzərə alınmalıdır. Lakin təchizatçı məhsullar
yerləşmədikdə taxta qutunun ölçülərini məlumat verməklə dəyişdirə bilər.
Qeyd 5:
Bütün məhsullar aşağıda yerləşdirilmiş vizual faylda göstərilən məhsullarla
eyni olmalıdır, alternativ məhsulun təklif edilməsi qəbul edilmir.
Vizual fayl - https://drive.google.com/file/d/19rE_KMnm7IZOMSfttoH386h1xF0kLqW2/view?usp=sharing



