Aztelekom MMC “Xüsusi promo məhsulların satın alınması” məqsədilə açıq tender müddəti uzadılmışdır.
Loading
EN

Aztelekom MMC “Xüsusi promo məhsulların satın alınması” məqsədilə açıq tender müddəti uzadılmışdır.





              

         I.        

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§ Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§ Uyğunluq sənədləri;

§ Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 04.09.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

 

        II.        

Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

Uyğunluq sənədləri və qiymət təklifi əsli və surəti olmaqla bir zərfdə 11.09.2025-ci il tarixində saat 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni zamanda üzərində müsabiqənin  və təchizatçının adı  qeyd edilməlidir.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

       III.        

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 250 AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§ Hesab nömrəsi:

VÖEN: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bank VÖEN-i 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§ İştirak haqqı heç bir halda geri qaytarılmır.

§ Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

      IV.        

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Aytac İbrahimova

Satınalma şöbəsi

Satınalma mütəxəssisi

Telefon: +994 12 344 0000 (daxili  2225)

Mail: aytaj.ibrahimova@aztelekom.az

 

       V.        

Bank təminatı 1240 AZN (min iki yüz qırx manat)

      VI.        

 Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 11 sentyabr 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.

 

     VII.        

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş “Xüsusi promo məhsulların satın alınması” ilə bağlı elan edilmiş açıq tenderdə iştirak etmək üçün

 

ƏRİZƏ

(ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

 

 

Bakı şəhəri                                                                                                   “___”_________ 2025-ci il

 

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satınalınması üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

 

________________________________                                   _______________________

                            A.S.A                                                                             İmza (möhür)

 

 

 

 

 

 

 

 

 

 

Satın alınacaq mallara dair

MƏLUMAT

 

Malların adı

Texniki tələblər

Miqdar

Ölçü Vahidi

1

A kateqoriya korporativ hədiyyə komplekti

Bu mal 1 ədəd premium keyfiyyətli taxta qutu və içində yerləşdiriləcək aşağıdakı komponentlərdən ibarətdir:

·       Premium taxta qutu  – 55 sm hündürlük, 35 sm en, 17 sm dərinlik, taxta qalınlığı 2 sm. Məhsullar yuxarı, orta və aşağı hissələrə bir aralı-aralı düzülməlidir. A kateqoriya üçün – boz rəngdə şam ağacı formasında (üçbucaq silüetində) qutu. Material taxta. Qutunun üzərindəki dizayn oyularaq çox da dərin olmayan kəsim halında  təqdim olunmalıdır. Qutunun içinə qabın həcmi qədər boz rəngdə zərlər qoyulmalıdır.

·       Premium fincan – material keramika, əldə hazırlanmış (handmade). Keramika üzərində xırda qaranöqtəli təbii izlər olmalıdır. Yuxarı hissəsi: İşıqlı, krem-bej rəngi (“matoff-white”) Aşağı hissəsi: Açıq gil-sarı rəng tonunda mat tekstura (terrakota tonunda) Göy rəngdə Aztelekom loqosu üzərinə çap olunmalıdır.

·       Premium USB-li wireless orqanayzer – üzərisi dəri örtüklə qablaşdırılmış, TYPE-C və USB-C – Lightning şarj portları 2 ədəd və göy rəngdə premiumqələmi ilə birgəTermo dəri örtük. Magsafe (maqnetli) və sürətli şarj xüsusiyyəti. İçi orqanayzer kimi gündəlik qoyula bilsin. Gündəlik 90 yarpaqdan ibarət olsun. İçərisində sol tərəfdə4 ədəd vizitkard yeri və 3 ədəd sənəd bölməsi olsun. Ön hissəsində doluluq faizini göstərən 4 mərtəbəli ledişıqlı faiz göstəricisi olsun. Üzərində sağ aşağıda Aztelekom loqosu olsun. Qələm qoymaq üçün lastik olsun və içinə qələm yerləşdirilsin. Qələm materialı metal Roller qələm. Qara vəya göy rəngdə yazsın. Üzərinə lazer çap ilə Aztelekom loqosu vurulacaq ağ rəngdə. Qələm özü göy rəngdə olsun. Ölçü 240x80x38 mm / 700-800 qram / rəng göy. Dəftərin iç hissəsi Azərbaycan dilində olsun.

·       LED masa lampası – ağ rəngdə. Sarı istiliklə assosiasiya olunur. Sarı işığı olan minimal LED masa lampası. Oturacaq hissəsində göy rəngli Aztelekom loqosu çap olunsun. Güc 8W. Gərginlik 100-240V/50 Masa lampasının uzunluğu 35 sm-dən çox olmamalıdır. Masa lampası seçilərkən taxta qutunun ölçülərinə uyğun olaraq içərisinə yerləşməlidir. Mütləq nəzərə alınmalıdır.

·       Metal dəri brelok – ikitərəfli göy rəngdə və metal dəri brelok. Tutacağı dəri, açarlıq hissəsi isə metal olacaq. Qutu ilə birgə təqdim olunsun. Metal hissə üzərində qara rəngdə Aztelekom loqosu yalnız 1 tərəfdən lazer çapı ilə həkk olunacaq.

QR kodlu təbrik kartı – A5 ölçüsündə postkard dizaynı çap olunacaq. Post kard ağ rəngdə. üzərinə yerləşdirilmiş QR kod skan edildikdə Aztelekom işçiləri tərəfindən səsləndirilmiş ağ fonda (Aztelekom loqotipi də yer almaqla) 1 dəqiqəlik təbrik videosuna keçid edəcək.

379

ədəd

2

B kateqoriya korporativ hədiyyə komplekti

Bu mal 1 ədəd premium keyfiyyətli taxta qutu və içində yerləşdiriləcək aşağıdakı komponentlərdən ibarətdir:

 

·       Premium taxta qutu  – 55 sm hündürlük, 35 sm en, 17 sm dərinlik, taxta qalınlığı 2 sm. Məhsullar yuxarı, orta və aşağı hissələrə bir aralı-aralı düzülməlidir. B kateqoriya üçün – göy rəngdə şam ağacı formasında (üçbucaq silüetində) qutu. Material taxta. Qutunun üzərindəki dizayn oyularaq çox da dərin olmayan kəsim halında  təqdim olunmalıdır. Qutunun içinə qabın həcmi qədər açıq göy rəngdə zərlər qoyulmalıdır.

·       Standart fincan  Aztelekom göy rəngində standart keyfiyyətdə fincan. Ağ rəngdə Aztelekom loqosu qabarıq formada ikitərəfli çap olunmalıdır.

·       Termo dəri dəftər – 13x21 sm ölçüdə göy rəngdə Termo dəri qapaqlı dəftər. Sağ tərəfində qələm yeri olsun. 112 vərəq, 80 qram Ivory kağız. Qələm taxma lastik yeri olsun. Dəftərə aşağıdan loqo qoyulsun. Deboss batırma basqı (soyuq gofre, içəriyə doğru) Dəftərin içi Azərbayan dilində olsun.

·       LED masa lampası  – ağ rəngdə. Sarı istiliklə assosiasiya olunur. Sarı işığı olan minimal LED masa lampası. Oturacaq hissəsində göy rəngli Aztelekom loqosu çap olunsun. Güc 8W. Gərginlik 100-240V/50. Masa lampasının uzunluğu 35 sm-dən çox olmamalıdır. Masa lampası seçilərkən taxta qutunun ölçülərinə uyğun olaraq içərisinə yerləşməlidir. Mütləq nəzərə alınmalıdır.

·       Kiçik şam ağacı  – mini masa üzərinə qoymağa qeyri-təbii kiçik şam ağacı aksesuarı. Alt hissəsi Aztelekom göy rəngində olacaq. Masa üzərində sabit durmalıdır.  Səth örtüyü: UV davamlı laminat, alt hissəsi ağac görünüşünü imitasiya edən, asan silinən və dağılmayan örtük. Rəng: Açıq şam tonu və ya istəyə uyğun RAL kataloqundan rəng seçimi. Montaj: Hazır vəziyyətdə; əlavə quraşdırma tələb etmir. İstifadə məqsədi: Yeni il dekorasiyası, masaüstü hədiyyə qutusu, vitrin təqdimatı. Üzərində 5 ədəd kiçik oyuncaq, 1 ədəd qoza və 1 ədəd ulduz başlığı olmalıdır.

·       QR kodlu təbrik kartı  – A5 ölçüdə postkard dizaynı çap olunacaq. Post kard üzərinə yerləşdirilmiş QR kod skan edildikdə Aztelekom işçiləri tərəfindən səsləndirilmiş ağ fonda (Aztelekom loqotipi də yer almaqla) 1 dəqiqəlik təbrik videosuna keçid edəcək. Videonun çəkilişi və montajı təchizatçı tərəfindən Aztelekom ofisində həyata keçiriləcək.

Yeni ildə izlənməli 10 film kağız postkart  – A5 ölçüdə Bingo tematikasında postcard. Üz tərəfində Aztelekom göy rəngi dizaynı və ağ rəngdə loqosu olacaq. Arxa tərəfində Aztelekom və Yeni il ab-havasında dizayn olacaq. 10 ədəd film xanalarda yer alacaq.

138

ədəd

3

Kağız çanta

Taxta qutunun ölçülərinə uyğun kəsimdə kağız çanta. Taxta qutunun çantaya yerləşə bilməsi faktoru çantanın forma və ölçülərini hazırlayacaq bıçaq seçilən zaman mütləq nəzərə alınmalıdır. Çanta Aztelekom brendinqinə uyğun göy rəngdə olacaq. Hər iki tərəfindən dizayn olacaq.

532

ədəd

4

Təbrik videosu

Aztelekom əməkdaşları tərəfindən səsləndirilmiş maksimum
1 dəqiqəlik təbrik videosu. Çəkiliş Aztelekom ofisində baş tutacaq. Ağ fonda (Aztelekom loqotipi də yer almaqla) Aztelekom əməkdaşları bir araya gələrək partnyorları səmimi və rəsmi tonda təbrik edəcəkləri mətn səsləndirəcəklər. Təbrik mətni korporativ hədiyyələrin konsepti olan Rəqəmsal isti notlar-a uyğun yazılmalıdır. Təbrik mətni 1 dəqiqəyə uyğun yazılmalı və iştirak edəcək əməkdaşların arasında danışıq üçün bölünməlidir. İştirak edəcək əməkdaşların sayı çəkilişdən bir neçə gün öncə tərəfimizdən təqdim olunacaq. Təbrik mətninin yazılması, videonun çəkilişi və montajı təchizatçıdan gözlənilir. Təbrik mətni 9:16 reels ölçüsündə ən gec 20 noyabr 2025 tarixinədək çəkilməlidir. Daha sonra videonun keçid linki təbrik kartı yer alan A5 postkart üzərindəki QR-a təchizatçı tərəfindən yerləşdirilməli və yekun olaraq QR və video fayl formasında bizə təqdim edilməlidir.  

1

ədəd

 

Qeyd 1: Kütləvi tirajdan öncə hər bir predmetin nümunəsi təqdim olunmalıdır. Məhsullar üzərində loqo mövqeyi nümunə çapı zamanı yoxlanacaqdır.

Qeyd 2: Master-fayl dizaynlar və Aztelekom brendinqi yer alan loqolar qoşma faylında təqdim edilmişdir. Tirajdan öncə brendinq (loqotip) dəyişə bilər, bu səbəbdən tirajdan öncə kommunikasiya vacibdir.

Qeyd 3: Post kard üzərinə yerləşdirilmiş QR kod skan edildikdə Aztelekom işçiləri tərəfindən səsləndirilmiş ağ fonda (Aztelekom loqotipi də yer almaqla) 1 dəqiqəlik təbrik videosuna keçid edəcək.

Qeyd 4: Taxta qutu hazırlanarkən məhsulların ölçüləri və məhsulların qutuya yerləşə bilməsi nəzərə alınmalıdır. Lakin təchizatçı məhsullar yerləşmədikdə taxta qutunun ölçülərini məlumat verməklə dəyişdirə bilər.

Qeyd 5: Bütün məhsullar aşağıda yerləşdirilmiş vizual faylda göstərilən məhsullarla eyni olmalıdır, alternativ məhsulun təklif edilməsi qəbul edilmir.

 

Vizual fayl -  https://drive.google.com/file/d/19rE_KMnm7IZOMSfttoH386h1xF0kLqW2/view?usp=sharing


Aztelekom MMC Elan (003).docx

 

Search

×