“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 20.08.2025-ci il tarixdə “Abşeron filialı üçün yanğın siqnalizasiya sisteminin alınması quraşdırılması və illik servis xidməti” üzrə keçirilən açıq tenderin qalibi "Fire Group” MMC (hüquqi ünvanı: AZ1052, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr 98; VÖEN: 1604426651) müəyyən olunmuş və təklifin aksept olunması qərarı verilmişdir.
Qalib təşkilatın dəyəri ƏDV daxil 13522,80 AZN (on üç min beş yüz iyirmi iki manat, səksən qəpik) təşkil edir.
Qeyd edilənləri nəzərə alaraq, AZCON qaydalarının 14.11. bəndinə əsasən satınalma üzrə 22.09.2025-ci il tarixindən başlayaraq 26.09.2025-ci il tarixinədək gözləmə müddəti təyin olunmuşdur. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.



