“Aztelekom” Məhdud
Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun
olaraq 20.08.2025-ci il tarixdə “Abşeron filialı
üçün yanğın siqnalizasiya sisteminin
alınması quraşdırılması və illik
servis xidməti” üzrə keçirilən açıq tenderin qalibi "Fire
Group” MMC (hüquqi ünvanı: AZ1052, Bakı şəhəri,
Nizami rayonu, H.Əliyev pr 98; VÖEN: 1604426651) müəyyən olunmuş və təklifin aksept
olunması qərarı verilmişdir.
Qalib təşkilatın dəyəri
ƏDV daxil 13522,80 AZN (on üç
min beş yüz iyirmi iki manat, səksən qəpik)
təşkil edir.
Qeyd edilənləri nəzərə
alaraq, AZCON qaydalarının 14.11. bəndinə əsasən satınalma üzrə 22.09.2025-ci il tarixindən başlayaraq 26.09.2025-ci il tarixinədək gözləmə müddəti təyin olunmuşdur.
Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata
müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.



