Aztelekom
Yüklənir
AZ

Haqqımızda

Azərbaycanda telefon rabitəsi 1881-ci ildə “Nobel qardaşları cəmiyyəti” tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılmışdır. Telefon rabitəsinin inkişaf etdiyi növbəti illərdə təkcə şəhər mərkəzində deyil, həmçinin şəhərətrafı bölgələrlə, kəndlərlə telefon əlaqəsi yaradılmışdır. İlkin olaraq, 1933-cü ildə Bakı Şəhərlərarası Telefon Stansiyası Bakı Şəhər Telefon Stansiyasından ayrılaraq sərbəst struktur kimi fəaliyyətə başlamışdır. İllər keçdikcə respublikanın bütün şəhər və kəndlərində rabitə əlaqəsinin yaradılması istiqamətində mühüm addımlar atılılrdı. 1992-ci ilin avqust ayında Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş Aztelekom İstehsalat Birliyi, respublikanın bütün bölgələrində bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmışdır. Regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq 2004-cü ildə “Aztelekom”un internet provayderi yaradıldı. Bu gün "Aztelekom" MMC əhalinin rahatlığını təmin etmək məqsədi ilə ən ucqar kəndlər də daxil olmaqla, respublikanın regionlarında genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində müxtəlif layihələr və tədbirlər keçirməkdədir. Vətəndaşların stasionar telefonlardan daha rahat ünsiyyətinin təmin edilməsi məqsədi ilə "Aztelekom” MMC tərəfindən 2005-ci ildə portativ daşınan telefon CDMA simsiz rabitə xidməti istismara verilmişdir.

Məqsədimiz

Azərbaycanın bütün regionlarında, hətta ən ucqar nöqtələrində keyfiyyətli telekommunikasiya xidmətləri göstərməklə vətəndaşların rahat ünsiyyətini təmin etməkdir.

Missiyamız

Daim inkişafda olan bir şirkət olaraq müştərilərimizin rahat ünsiyyətini təmin edirik.

Brendimizin vədi

Geniş əhatə dairəsində daimi inkişaf, dinamiklik və fasiləsiz ünsiyyət.

Aztelekom" İstehsalat Birliyi müştəri yönümlü biznes modelinin tətbiqi və iş proseslərinin təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Hazırda "Aztelekom” MMC öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Təsərrüfatına Xidmət Mərkəzini (KTXM) birləşdirir. Azərbaycan Respublikasının Milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir. Müxtəlif təşkilat və qurumlar tərəfindən mükafat və diplomlarla təltif olunan “Aztelekom” MMC 2014-cü ildə “Consulting & Business” jurnalı tərəfindən təşkil olunmuş müsabiqədə “Rabitə və informasiya texnologiyaları üzrə ilin şirkəti” nominasiyalı mükafata layiq görülmüşdür. 2018-ci ilin dekabr ayının 20-də Caspian Business Award 2018 Beynəlxalq mükafatının təqdimetmə mərasimində "Aztelekom" “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti” mükafatına layıq görülüb. 2019-cu ildə "Aztelekom" MMC "Telekommunikasiya xidmətlərinə nəzarət prosesi və satışı" üzrə İSO 9001:2015 sertifikatını əldə edib

Tariximiz

Axtarış

×