Azad edilmiş ərazilərdə 2025-ci ildə telekommunikasiya infrastrukturunun qurulması ilə bağlı görülmüş işlər açıqlanıb

Azad edilmiş ərazilərdə 2025-ci ildə telekommunikasiya infrastrukturunun qurulması ilə bağlı görülmüş işlər açıqlanıb

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet infrastrukturunun qurulması istiqamətində fəaliyyətini davam etdirir. Son bir il ərzində bu ərazilərdə həyata keçirilən layihələr nəticəsində bir sıra yaşayış məntəqələri müasir telekommunikasiya xidmətləri ilə təmin olunub.

Hesabat dövründə ümumilikdə 9 şəhər, 27 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Son bir il ərzində bu ərazilərdə 4308 yeni abunəçi (ev təsərrüfatı və biznes subyektləri) qoşulub.

Ərazilərdə quraşdırılmış 25 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyası üzərindən sabit və sürətli internet bağlantısı yaradılıb.

Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas baza rolunu oynayır.

“Aztelekom” MMC gələcək illərdə də bu istiqamətdə fəaliyyətini genişləndirərək regionda müasir və dayanıqlı telekommunikasiya infrastrukturunun tam formalaşdırılmasına töhfə verəcək.

Digər xəbərlər

“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.

“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib
“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək
“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.