“Aztelekom” beynəlxalq assosiasiyaya qoşuldu

“Aztelekom” beynəlxalq assosiasiyaya qoşuldu

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC qlobal səviyyədə genişzolaqlı rabitənin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləmək məqsədilə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasına (WBBA) üzv olub.

Bu üzvlük “Aztelekom”un yalnız ölkə daxilində deyil, qlobal dünyada da texnoloji cəmiyyətin fəal iştirakçısına çevrildiyinin bariz nümunəsidir.

“WBBA” dünyanın müxtəlif ölkələrindən olan telekommunikasiya şirkətləri, texnologiya təminatçıları və tənzimləyici qurumları bir araya gətirən nüfuzlu platformadır. Assosiasiyanın əsas məqsədi genişzolaqlı internetin əlçatanlığını artırmaq, texnoloji innovasiyaları təşviq etmək və rəqəmsal inklüzivliyi gücləndirməkdir.

Qeyd edək ki, Azərbaycanda bu assosiasiyaya üzv seçilən ilk şirkət məhz “Aztelekom”dur.

“Aztelekom”un “WBBA”də təmsil olunması şirkətə qlobal tərəfdaşlıq imkanları, ən son texnologiyalara çıxış, sənaye üzrə qabaqcıl biliklərin paylaşılması və rəqəmsal strategiyaların formalaşmasında iştirak kimi üstünlüklər qazandıracaq.

Xatırladaq ki, “Aztelekom” cari ilin may ayında gigabit sürətli genişzolaqlı internet bağlantısının təmin edilməsində göstərdiyi yüksək nəticələrə görə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) təltif etdiyi “Gigacity Champion” mükafatına layiq görülüb.

Son bir ildə “Speedtest Award for Fastest Fixed Network”, “Best Practice of Home Broadband Development Award” və “Gigacity Champion” kimi beynəlxalq mükafatlarla təltif olunan “Aztelekom” ölkə tarixində bu üç mükafatı qazanan ilk sabit şəbəkə provayderidir.

Digər xəbərlər

“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.

“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib
“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək
“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.