“Bakı Telefon Rabitəsi” MMC də daxil olmaqla bir sıra qurumların 2025-ci ildə “Aztelekom” MMC-yə birləşdirilməsi səbəbindən çağrı xidmətləri vahid platformada təqdim olunacaq.
Belə ki, “155” xidməti mərhələli şəkildə “170” Çağrı mərkəzinə inteqrasiya olunur.
Məlumat üçün bildirək ki, 2 mart 2026-cı il tarixindən etibarən “155” nömrəsinə daxil olan zənglər avtomatik olaraq “170” Çağrı mərkəzinə yönləndiriləcək. 1 aprel 2026-cı il tarixindən etibarən isə “155” xidmətinin fəaliyyəti tam dayandırılacaq.
Qeyd edək ki, bu dəyişiklik telekommunikasiya xidmətlərinin daha səmərəli və operativ təşkili, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.
“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.