“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görüldü

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görüldü

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun dayanıqlılığı və süni intellekt yönümlü şəbəkə həllərinin tətbiqi sahəsində əldə etdiyi nəticələrə görə beynəlxalq “Ultra-Broadband Resilient Network for AI Development” mükafatına layiq görülüb.

Mükafat İspaniyanın Barselona şəhərində keçirilən və dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress” (MWC) çərçivəsində baş tutan “Green All-Optical Network Forum 2026” zamanı təqdim olunub. Təltif rəqəmsal transformasiya və telekommunikasiya sahəsində beynəlxalq analitik və konsaltinq qurumu olan “IDATE” tərəfindən həyata keçirilib.

“Ultra-Broadband Resilient Network for AI Development” mükafatı genişzolaqlı və tam optik şəbəkə arxitekturasının qurulması, yüksəkötürücülü bağlantı imkanlarının yaradılması, hesablama gücündən səmərəli istifadə və şəbəkə dayanıqlılığının təmin edilməsi sahəsində qabaqcıl təcrübələri qiymətləndirir.

Təqdim olunan mükafat “Aztelekom”un yalnız sürət və əhatə dairəsi baxımından deyil, həm də şəbəkənin etibarlılığı, elastikliyi və gələcək texnoloji tələblərə hazırlıq səviyyəsi üzrə beynəlxalq standartlara uyğun inkişaf etdiyini təsdiqləyir. Bu yanaşma ölkədə rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, biznes və dövlət qurumları üçün dayanıqlı bağlantı imkanlarının genişləndirilməsinə, eləcə də süni intellekt əsaslı həllərin tətbiqi üçün zəruri texnoloji bazanın formalaşmasına xidmət edir.

“Aztelekom” bundan sonra da ölkənin rəqəmsal infrastrukturunun gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi və genişzolaqlı internet xidmətlərinin daha dayanıqlı və əlçatan şəkildə təqdim olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Digər xəbərlər

“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.

“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib
“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək
“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.