AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun dayanıqlığını artırmaq və alternativ enerji həllərini genişləndirmək istiqamətində yeni mərhələyə başlayıb. Şirkət ilk dəfə olaraq Kürdəmir rayonunun Qarasaqqal və Mollakənd kəndlərində yerləşən GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) OLT (Optik Xətt Terminalı) stansiyalarında günəş enerjisi sistemlərini quraşdıraraq alternativ enerji qida mənbəyi formalaşdırıb.
Layihə çərçivəsində hər iki stansiyada 5 kVt gücündə günəş enerji sistemi quraşdırılıb. Qarasaqqal kəndində mövcud OLT stansiyası iki qrup 12V/100A AGM batareya ilə inteqrasiya olunmuş günəş panelləri vasitəsilə alternativ enerji ilə təmin olunub. Mollakənd kəndində isə dörd 48V/50A litium batareya ilə təchiz edilmiş 5 kVt-lıq günəş sistemi istismara verilib. Layihələr üzrə planlama, tikinti və istismara təhvil prosesi tamamlanıb.
Tətbiq olunan həllər nəticəsində enerji təchizatında sabitlik gücləndirilib, kənar enerji kəsintilərinin xidmətə təsir riski azaldılıb və GPON şəbəkəsinin fasiləsiz fəaliyyəti əlavə təminat altına alınıb. Alternativ enerji sistemlərinin qurulması əməliyyat xərclərinin optimallaşdırılmasına və karbon emissiyalarının azalmasına da imkan yaradıb.
Qeyd edək ki, “Aztelekom” 2026-cı il ərzində bərpa olunan enerji mənbələrinin tətbiqini digər ərazilərdə mərhələli şəkildə genişləndirməyi planlaşdırır.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.
“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.