“Aztelekom” internetin sürət testi və təhlili sahəsində dünya lideri olan Ookla® tərəfindən Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçildi

“Aztelekom” internetin sürət testi və təhlili sahəsində dünya lideri olan Ookla® tərəfindən Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçildi

“Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) mükafatına layiq görülüb. Bu mükafat ölkə tarixində ilk dəfə sabit şəbəkə internet provayderinə təqdim edilir.

Ookla® şirkətinin rəsmi səhifəsində yayımlanan hesabatda “Aztelekom”un bu nailiyyətinin 2024-cü ilin 3 və 4-cü rübləri ərzində bütün ölkə ərazisini əhatə edən 306885 abunəçinin müxtəlif tətbiqlər və avadanlıqlar vasitəsilə icra etdiyi 4,389,339 sürət testinin nəticələrinə əsasən müəyyən edildiyi qeyd olunub.

Testlərin nəticələrinə əsasən, ölkə üzrə Ən Yüksək Yükləmə sürəti (Top Download Speed) 181.30 Mbit/s qeydə alındığı halda “Aztelekom” abunəçilərində bu göstərici 408.18 Mbit/s müəyyən olunub.

Qeyd edək ki, “Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsinin operatorlarından biridir. Layihənin icra müddətində genişzolaqlıinternetə çıxış imkanı əldə etmiş təsərrüfat sayı 13 dəfə artırılaraq ölkə üzrə 230 mindən 2.97 milyona çatdırılıb.

Layihənin icrasına başlandığı 2021-ci ildən etibarən ölkə üzrə genişzolaqlı internetin sürətində müsbət dinamika davam edərək 17.2 Mbit/s-dən 2024-cü ildə 66 Mbit/s-yə çatdırılıb və layihə müddətində 4 dəfə artım qeydə alınıb.

Digər xəbərlər

“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.

“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib
“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək
“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.