AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-də müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.
Tədbirdən əvvəl şirkətin kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. “Aztelekom”un inzibati binasında davam edən iclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Çıxışlarda Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafındakı əvəzsiz tarixi xidmətləri, ölkənin sosial-iqtisadi yüksəlişinin əsasını təşkil edən strateji siyasəti xüsusi vurğulanıb. Eyni zamanda qeyd olunub ki, Ulu Öndərin bu uzaqgörən siyasəti ölkədə bir çox sahələrlə yanaşı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üçün də möhkəm əsaslar yaradıb. Onun müəyyənləşdirdiyi kurs bu gün də Azərbaycanın rəqəmsal inkişafı və müasir texnoloji infrastrukturunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.
“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.