“Aztelekom” MMC-nin əməkdaşları peşə bayramlarını qeyd ediblər

“Aztelekom” MMC-nin əməkdaşları peşə bayramlarını qeyd ediblər

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-də 6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə bildirilib ki, cənab Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına əsasən hər il rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunur və bu sahənin inkişafına xüsusi töhfə verən əməkdaşlar fəxri adlar və mükafatlarla təltif edilirlər.

Bu il də telefon rabitəsinin yaradılmasının 144-cü ildönümü münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu sahədə uzun müddət fəaliyyət göstərən əməkdaşlar mükafatlandırılıb. Ümumilikdə 16 nəfərə “Rabitə ustası” fəxri adı, 32 əməkdaşa isə Fəxri Fərman təqdim edilib.

Tədbirdə son illərdə “Aztelekom” MMC tərəfindən ölkənin telekommunikasiya infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər də diqqətə çatdırılıb. “Şirkət ənənəvi sabit telefon xidmətlərindən müasir genişzolaqlı texnologiyalara keçidi sürətləndirərək yeni nəsil avadanlıqların tətbiqi ilə telekommunikasiya şəbəkəsinin qlobal standartlara uyğun şəkildə inkişafını təmin edir. Bu addımlar yüksəksürətli rabitə xidmətlərinin ölkə üzrə daha geniş əhatə dairəsinə çıxarılmasına imkan verir”.

Digər xəbərlər

“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.

“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib
“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək
“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.