“Aztelekom”un yenidən təşkil olunması haqqında qərar qəbul olunub

“Aztelekom”un yenidən təşkil olunması haqqında qərar qəbul olunub

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilir. Vahid idarəetmə mərkəzinin yaradılması inzibati proseslərin sadələşdirilməsinə, resurslardan istifadə səmərəliliyinin artırılmasına və dövlət vəsaitləri də daxil olmaqla kapital və əməliyyat xərclərinə daha çox qənaət edilməsinə imkan verəcək. Məqsəd investisiyaların idarə olunmasının, yüksək potensiala malik kadrların cəlbinin, rəqəmsal inkişafı təmin edən layihələrin icrasının vahid mərkəzdən aparılmasıdır.

Yenidən təşkil təkrarlanan prosesləri aradan qaldıracaq, əməliyyatların daha çevik olmasına və qərarvermə prosesinin sadələşdirilməsinə zəmin yaradacaq.

Yeni qurumun əsas prioritetlərindən biri də strateji məqsədlərin daha yaxşı əlaqələndirilməsinə və uyğunlaşdırılmasına imkan verən idarəetmə mexanizminin yaradılmasıdır. Vahid idarəetmə çərçivəsində fəaliyyət göstərməklə bu qurum innovasiyaları təşviq edən əməkdaşlıq mühitini də inkişaf etdirəcək.

İdarəetmənin yenidən təşkili alt qurumlarda mövcud qoşulma proseslərinin optimallaşdırılması, müştəri məmnuniyyətinin və rəqəmsal əlçatanlığın da artırılması ilə nəticələnəcək. Yenidən təşkilin əsas məqsədlərindən biri də müştərilərə təqdim edilən xidmət səviyyəsi və keyfiyyətinin yüksəldilməsidir.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.

Digər xəbərlər

“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.

“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib
“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək
“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.