Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən Cənubi Qafqazın ən böyük illik oyun festivalı “GAMESUMMIT 2025” 8 iyunda uğurla başa çatıb.

“GAMESUMMIT 2025” çərçivəsində keçirilmiş konfransda oyun sənayesindəki son tendensiyalar, biznes proseslərində oyunlaşdırma, rəqəmsal təhsil və Azərbaycanın yaradıcı sənaye ixrac imkanları geniş şəkildə müzakirə olunub. Sammitdə təşkil olunan kiberidman turnirləri, “Kospiley” festivalı və “K-pop” şou, yarmarka və merç zonası, eləcə də tərtibatçı və nəşr zonaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir, həmçinin oyun sənayesinə daxil olmaq və bazarın liderləri ilə birbaşa əlaqə qurmaq istəyən gənc mütəxəssislər, tələbələr və həvəskarlar üçün də əhəmiyyətli imkanlar yaradıb. Belə ki, ayrılmış xüsusi zonada iştirakçılara mentorluq və karyera məsləhətləri, tanınmış mütəxəssislər tərəfindən keçirilən master-klaslar, tanışlıq və əlaqə imkanları təqdim olunub.

“Aztelekom”un “GAMESUMMIT” tədbirinə verdiyi dəstək şirkətin innovasiya və yaradıcılığa verdiyi önəmi, eləcə də “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun şəkildə ölkəmizdə sürətlə inkişaf edən rəqəmsal ekosistemə töhfə vermək niyyətini əks etdirir. “Aztelekom” oyun həvəskarlarını, tərtibatçıları və rəqəmsal istedadları bir araya gətirən bu kimi platformaları təşviq etməklə yeni nəsil texnologiya mütəxəssislərini həvəsləndirmək və yüksəksürətli bağlantının açdığı imkanları geniş auditoriyaya nümayiş etdirmək niyyətindədir.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” MMC son bir ildə 3 müxtəlif nüfuzlu beynəlxalq mükafata (“Speedtest Award for Fastest Fixed Network”, “Best Practice of Home Broadband Development Award”“Gigacity Champion”) layiq görülüb. Hər üç mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.

Digər xəbərlər

“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.

“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib
“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək
“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.