“Aztelekom” MMC Abşeron rayonunun 99%-ni yüksəksürətli internetlə əhatə edib

“Aztelekom” MMC Abşeron rayonunun 99%-ni yüksəksürətli internetlə əhatə edib

“Aztelekom” MMC Abşeron rayonunun Hökməli, Qobu, Yeni Qobu, Yuxarı Güzdək, Atyalı, Aşağı Güzdək, Pirəkəşkül, Çaylı, Qobustan, Masazır, Saray, Ceyranbatan, Novxanı, Mehdiabad, Fatmayı, Goradil, Məhəmmədli qəsəbələrində və Xırdalan şəhərində, həmçinin Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələrində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb. 146,000-ə yaxın ev təsərrüfatı və biznes subyekti yüksəksürətli və genişzolaqlı internet xidmətləri ilə əhatə edilib. Hazırda 50,000-dən çox abunəçi bu xidmətlərdən yararlanır və yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (100 Mbit/s-dən 250 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 25 AZN-dən 44 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (Xırdalan, Mərkəzi EATS, ünvan: M.Ə.Rəsulzadə 5 tel.: 342-33-00), həmçinin qurumun www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

2024-cü ilin 9 ayı ərzində Azərbaycanda 1 milyondan çox ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə ölkədə 2,9 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Layihə çərçivəsində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə edən ev təsərrüfatı və biznes subyektlərinin sayı artaraq 99,1%-ə yüksəlib.

Digər xəbərlər

“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.

“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib
“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək
“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.