“Aztelekom” MMC-nin əməkdaşları peşə bayramlarını qeyd ediblər

“Aztelekom” MMC-nin əməkdaşları peşə bayramlarını qeyd ediblər

“Aztelekom” MMC-nin kollektivi 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramını qeyd edib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər və vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rabitə sahəsi üçün əlamətdar hesab olunan 6 dekabr tarixinin Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunduğu bildirilib.

“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində görülən işlərdən, o cümlədən şirkət tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsinin əhəmiyyətindən danışaraq əməkdaşları peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Peşə fəaliyyətində seçilən bir qrup əməkdaş ölkəmizdə telefon rabitəsinin yaradılmasının 143 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunub.

Qeyd edək ki, 1881-ci il 6 dekabr tarixində “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib.

Son illər ərzində “Aztelekom” ölkənin telekommunikasiya infrastrukturunu optimallaşdıraraq ənənəvi sabit telefonlardan ən müasir genişzolaqlı texnologiyaya qədər inkişaf yolu keçib. Şirkət yeni nəsil texnoloji avadanlıqlardan istifadə etməklə Azərbaycandakı telekommunikasiya şəbəkəsinin qlobal standartlara uyğunlaşmasını və yüksəksürətli əlaqəni təmin edir.

Digər xəbərlər

“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC müştəri təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımı ataraq 500 Mbit/s və 1000 Mbit/s sürətində yeni fiber-optik internet tariflərini istifadəyə verir.

“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib
“Onlayn Azərbaycan” layihəsi dünya ictimaiyyətinə uğurlu rəqəmsal transformasiya nümunəsi kimi təqdim edilib

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb.

“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək
“Aztelekom”dan sosial xidmət göstərən təşkilata rəqəmsal dəstək

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyini 1 il müddətinə ödənişsiz internet və telefoniya xidmətləri ilə təmin edib.