Media mərkəzi
Media mərkəzi

Media mərkəzi

Xankəndi şəhərində məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib
Xankəndi şəhərində məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Xankəndi şəhərində məskunlaşma olan bütün yaşayış məntəqələri və biznes subyektləri, internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub.

“Aztelekom” ev təsərrüfatlarının genişzolaqlı internetə qoşulması təcrübəsi ilə bağlı beynəlxalq mükafatla təltif edilib
“Aztelekom” ev təsərrüfatlarının genişzolaqlı internetə qoşulması təcrübəsi ilə bağlı beynəlxalq mükafatla təltif edilib

Martın 3-də dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress”də (MWC) “Aztelekom” MMC-yə “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatı təqdim edilib. Bu nüfuzlu mükafat rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən verilib.

“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdı
“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdı

“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdı Rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun inkişafında yeni mərhələ 10 mart tarixində “Onlayn Azərbaycan” meqalayihəsinin yekun hesabat tədbiri keçirilib. Tədbirdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru Şahin Babayev, “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) regional direktoru Natalia Moçu, eləcə də tənzimləyici qurumların nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər.

“Aztelekom” internetin sürət testi və təhlili sahəsində dünya lideri olan Ookla® tərəfindən Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçildi
“Aztelekom” internetin sürət testi və təhlili sahəsində dünya lideri olan Ookla® tərəfindən Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçildi

“Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan Ookla® tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) mükafatına layiq görülüb. Bu mükafat ölkə tarixində ilk dəfə sabit şəbəkə internet provayderinə təqdim edilir.

Xocalı rayonunda məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib
Xocalı rayonunda məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Xocalı rayonunda məskunlaşma olan bütün yaşayış yerləri və biznes subyektləri, internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub

“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib
“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib

“Aztelekom” MMC-nin təqdim etdiyi sürətli internet sayəsində oxucular beynəlxalq onlayn kitabxanalara, elmi mənbələrə daha rahat və sürətli çıxış imkanı əldə edirlər.

“Aztelekom”da Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib
“Aztelekom”da Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

“Aztelekom” MMC-də 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin Anım Günü keçirilib
Ümummilli Lider Heydər Əliyevin Anım Günü keçirilib

Heydər Əliyev və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Aztelekom” MMC-nin əməkdaşları peşə bayramlarını qeyd ediblər
“Aztelekom” MMC-nin əməkdaşları peşə bayramlarını qeyd ediblər

“Aztelekom” MMC-nin kollektivi 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramını qeyd edib.