Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinin icrasına başlanılıb.
Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə start verilir. Layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də rəqəmsal savadlılığın artırılmasıdır.