İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Xankəndi şəhərində məskunlaşma olan bütün yaşayış məntəqələri və biznes subyektləri, internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub.
Martın 3-də dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress”də (MWC) “Aztelekom” MMC-yə “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatı təqdim edilib. Bu nüfuzlu mükafat rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən verilib.
“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdı Rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun inkişafında yeni mərhələ 10 mart tarixində “Onlayn Azərbaycan” meqalayihəsinin yekun hesabat tədbiri keçirilib. Tədbirdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru Şahin Babayev, “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) regional direktoru Natalia Moçu, eləcə də tənzimləyici qurumların nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər.
“Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan Ookla® tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) mükafatına layiq görülüb. Bu mükafat ölkə tarixində ilk dəfə sabit şəbəkə internet provayderinə təqdim edilir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Xocalı rayonunda məskunlaşma olan bütün yaşayış yerləri və biznes subyektləri, internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub
“Aztelekom” MMC-də 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.