Aprelin 26-da Bakıda keçirilmiş “4-cü İllik SƏTƏMM Konfransı”nda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC premium dəstəkçi qismində iştirak edib. 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbirdə yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın Əməyin Mühafizəsi və Sağlamlıq İnstitutu (IOSH) daxil olmaqla bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilir.
17-19 aprel tarixlərində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin Baş direktoru vəzifəsini icra edən Həsən Ömərovun rəhbərlik etdiyi heyət Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub və ölkənin aparıcı telekommunikasiya operatorları “Türkcell” və “Türk Telekom” şirkətlərində məhsuldar görüşlər keçirib.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən Cənubi Qafqazın ən böyük illik oyun festivalı “GAMESUMMIT 2025” 8 iyunda uğurla başa çatıb. “GAMESUMMIT 2025” çərçivəsində keçirilmiş konfransda oyun sənayesindəki son tendensiyalar, biznes proseslərində oyunlaşdırma, rəqəmsal təhsil və Azərbaycanın yaradıcı sənaye ixrac imkanları geniş şəkildə müzakirə olunub. Sammitdə təşkil olunan kiberidman turnirləri, “Kospiley” festivalı və “K-pop” şou, yarmarka və merç zonası, eləcə də tərtibatçı və nəşr zonaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” gigabit sürətli genişzolaqlı internet bağlantısının təmin edilməsində göstərdiyi yüksək nəticələrə görə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) təltif etdiyi “Gigacity Champion” mükafatına layiq görülüb.
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC Bakıda keçiriləcək “GAMESUMMIT 2025” oyun festivalının baş sponsoru qismində çıxış edir. Müasir mədəni tendensiyalarla maraqlananlar üçün həm bilik və təcrübə mübadiləsi, həm də əyləncə imkanı yaradan “GAMESUMMIT” iştirakçılara onlayn oyunlar, e-sport turnirləri, kospley və k-pop yarışmaları, eləcə də maraqlı musiqi çıxışları ilə zəngin proqram təqdim edir.