Şəhid ailələri və müharibə əlilləri üçün güzəştli internet xidmətləri
“Aztelekom” MMC Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində şəhid ailələri və müharibə əlilləri üçün GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında internet xidmətləri üzrə güzəştli “Təşəkkür” tarif paketlərini təklif edir.
Paket daxilində xidmətlər
Sürət
Standart qiymət
Güzəştli qiymət
İnternet + telefoniya
100 Mbit/s
27 AZN
13 AZN
İnternet + telefoniya
150 Mbit/s
32 AZN
16 AZN
İnternet + Rəqəmsal TV
100 Mbit/s
31 AZN
17 AZN
İnternet + Rəqəmsal TV
150 Mbit/s
36 AZN
21 AZN
İnternet + telefoniya + Rəqəmsal TV
100 Mbit/s
33 AZN
19 AZN
İnternet + telefoniya + Rəqəmsal TV
150 Mbit/s
38 AZN
23 AZN
Təklifdən I və II Qarabağ müharibəsi əlilləri, Əfqanıstan müharibəsi əlilləri və şəhid ailələri (hər biri yalnız bir ünvanda istifadə etməklə) yararlana bilərlər. Güzəştli tariflərlə xidmətlərə qoşulmaq üçün mövcud və yeni müştərilərdən aşağıda qeyd olunan sənədləri təqdim etmək tələb olunur:
- Müharibə əlilləri üçün - müharibə əlilliyini təsdiq edən sənəd.
- Şəhid ailələri üçün - şəhid ailəsi statusunu təsdiq edən sənəd.