“Aztelekom” MMC Gəncə şəhərinin 90%-dən çox hissəsini yüksəksürətli internetlə əhatə edib
“Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə Gəncə şəhərində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib, GPON texnologiyası əsasında layihələndirmə işləri həyata keçirilib. Gəncə şəhərinin 90%-dən çox hissəsi yüksəksürətli internetlə əhatə olunub. Hazırda şəhər ərazisində 20 000-dək ev təsərrüfatı və biznes subyekti xidmətlərdən yararlanır. Yeni qoşulmalar davam etdirilir.