“Aztelekom” MMC yeni kampaniya elan edir. Belə ki, Aztelekom müştəriləri 25.01.2021-ci il tarixdən 15.03.2021-ci il tarixədək Aztelekom tərəfindən göstərilən ayrılmış xətt internet xidmətindən istifadəyə cəlb etdiyi birinci abunəçiyə görə 10%, ikinci abunəçiyə görə 20%, üçüncü abunəçiyə görə 30% olmaqla öz abunə haqqına maksimum 60% həcmində güzəşt əldə edir. Güzəşt üçün 1 (bir) ay çərçivəsində cəlb edilmiş abunəçilər (maksimum 3 abunəçi cəlb etmək şərtilə) nəzərə alınır və nəzərdə tutulmuş 1 (bir) ay müddəti müştəri tərəfindən ilk abunəçinin xidmətdən istifadəyə cəlb edildiyi gündən başlayır. Qeyd edək ki, güzəşt nəzərdə tutulmuş 1 (bir) ay müddəti bitdikdən sonra növbəti hesablama dövründən başlayaraq 3 (üç ay) müddətinə tətbiq edilir. Hazırki kampaniya hüquqi şəxslərə və fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərə şamil edilmir.