Departament: Hüquq
Vakansiya: Hüquqi mübahisələrin tənzimlənməsi üzrə hüquqşünas
Əsas vəzifə və öhdəlikləri:
- Öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud maddi və prosessual qanunvericiliyinə, eyni zamanda şöbənin daxili prosesinə, Qaydalar və təlimatlarına əsasən və yenilikləri nəzərə almaqla aparmaq;
- CSəlahiyyətləri çərçivəsində yeni (öz sahəsinə aid) Qaydaların, Proseslərin, Prosesdurların, daxili normativ aktların layihələrinin hazırlanmasında iştirak etmək;
- Şöbəyə daxil olan ərizə, şikayət və tapşırıqları araşdıraraq, keyfiyyətlə icra etmək;
- İşəgötürənin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.
Kvalifikasiya üzrə tələblər:
- Ali hüquq təhsilli;
- Hüquqi mübahisələr sahəsində minimum 1 (bir) il iş təcrübəsinə malik olmaq;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilmək;
- İşgüzar yazışma əsaslarını bilmək;
- Peşəkar ünsiyyət psixologiyasını bilmək;
- Korporativ idarəetmə sisteminin əsaslarını və etik davranış qaydalarını bilmək;
- Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
- Azərbaycan və ingilis dillərini əla bilmək (rus dili arzuolunandır).
Bacarıqlar:
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- İşgüzar və hüquqi yazışma bacarığı;
- İşin Planlaşdırma bacarığı;
- Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
- Yaradıcı və təşəbbüskar olmaq;
- MS Office proqramlarını mükəmməl bilmək.
İş haqqında məlumat:
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Hüquqi mübahisələrin tənzimlənməsi üzrə hüquqşünas” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi 28.02.2023