“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq, 25.09.2025-ci il tarixdə “Qarabağ filialında fasadın dəyişdirilməsi xidmətinin satın alınması” məqsədilə keçirilən açıq tender müsabiqəsində “Artmood Agency” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1803539221) qalib elan edilmişdir. Qalib təchizatçı ilə dəyəri ƏDV daxil 4602,00 (dörd min altı yüz iki manat) AZN olan 06.11.2025-ci il tarixli müqavilə bağlanmışdır.



