“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AZCON-un daxili satınalma qaydalarına uyğun olaraq 29.12.2025-ci il tarixdə "Transformatorlar üçün T-1500 yağlarının satın alınması” üzrə keçirilən kotirovka sorğusunun qalibi “Azinvest Telecom Technology" MMC (VÖEN: 1702157761; Ünvan: AZ1000, Bakı şəhəri, Səbail rayonu, H.Rzayeva ev 4, m.11) müəyyən edilmişdir.
Qalib təşkilatın dəyəri ƏDV daxil 16520,00 AZN (on altı min beş yüz iyirmi manat, sıfır qəpik) olan təklifinin aksept olunması qərarı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, AZCON-un daxili satınalma qaydalarının 14.11-ci bəndinə əsasən satınalma üzrə 02.02.2026-cı il tarixdən 06.02.2026-cı il tarixə qədər gözləmə müddəti təyin olunmuşdur.
Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.



