“Aztelekom” MMC Geyim formalarının satın alınması üzrə açıq tender elan edir.
Loading
EN

“Aztelekom” MMC Geyim formalarının satın alınması üzrə açıq tender elan edir.






“Aztelekom” MMC Geyim formalarının satın alınması üzrə açıq tender elan edir.

Elan tarixi:22.06.2026-cı il

 

Ehtimal qiymət: 18.717,16 AZN (ƏDV daxil)

         I.        

Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

§Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

§Uyğunluq sənədləri;

§Qiymət təklifi.

 

Müsabiqədə iştirak haqqında müraciət  sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə bir yerdə ən geci 30.06.2026-cı il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına  təqdim olunmalıdır.

       II.        

Uyğunluq sənədləri və qiymət təklifi şifrələnmiş formada 07.07.2026-cı il tarixində saat 16:00-dək Satınalan təşkilatın aşağıda göstərilən elektron poçt ünvanlarına təqdim edilməlidir:

[email protected]

[email protected]

[email protected]

 

QEYD: Faylın şifrəsi ayrıca və yalnız  [email protected] e-mail ünvanına göndərilməlidir.

 

Qiymət təklifinin formalaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: valyuta məzənnələrinin və inflyasiyanın dəyişməsi, istehsalçı və istehlakçı qiymət indeksləri, daşınma və xammal xərcləri, vergi və rüsum dərəcələri, tənzimləyici tələblər, təchizat zəncirində yarana biləcək fasilələr, fors-major hallar, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, idxal-ixrac məhdudiyyətləri, sanksiyalar, kəskin bazar dəyişiklikləri və analoji obyektiv faktorlar, habelə zəruri hesab edilən digər hallar.

 

Göstərilən tarix və vaxtdan sonra təqdim olunan təkliflər nəzərə alınmayacaqdır.

 

      III.        

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

§  Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər37,43 AZN (otuz yeddi manat qırx üç qəpik)  AZN  iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

§Hesab nömrəsi:

“Aztelekom” MMC-nin VÖEN-i: 9900038501

Bank: Azərpoçt MMC PF 1

Bankın VÖEN-i: 9900037711

KOD: 691011

SWİFT: AZPOAZ22

H/H: AZ62AZPO91015461200420100166

M/H: AZ76NABZ01350100000000094944

 

§İştirak haqqı heç bir halda geri qaytarılmır.

§Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır.

     IV.        

Satınalan təşkilatın ünvanı:

AZ1122, Bakı şəhəri,Tbilisi pr 107

Aztelekom MMC

Əlaqələndirici şəxs:

Aytac İbrahimova

Satınalma şöbəsi

Satınalma üzrə aparıcı mütəxəssis

Telefon: +994 12 344 00 00 (2225)

Mobil:    +994 10 255 85 05

Mail: [email protected]

      V.        

Bank təminatı: 200 AZN

     VI.        

Müsabiqə təklifi  zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Müsabiqə üzrə təkliflərin açılışı 07.07.2026-cı il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaqdır.

   VII.        

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək

 

 

“Aztelekom” MMC tərəfindən elan edilmiş Geyim formalarının satın alınması üzrə kotirovka sorğusunda iştirak etmək üçün

ƏRİZƏ

                                 (ərizə iştirakçının firma blankında tərtib edilir)

 

 

Bakı şəhəri                                                                                                            “___” _______  2026 cı il

 

Aztelekom MMC-nin

Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə

 

Hörmətli Elnur  müəllim,

 

 Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satın alınması üçün keçiriləcək  acıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.

 

 

Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:

 

1. Şirkətin tam adı:

 

2. Ünvan:

Şəhər:

Poçt indeksi:

Ölkə:

3. Əlaqələndiri şəxsin adı və soyadı:

 

4. Əlaqələndirici şəxsin vəzifəsi:

 

5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı:

 

6. Qeydiyyatda olduğu ölkə:

 

7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi:

 

 

________________________________                                   _______________________

           A.S.A                                                                                         İmza (möhür)                                      

Satın alınacaq mallara dair

MƏLUMAT

Malların və xidmətin adı

Xüsusiyyətlər

Miqdar

Ölçü vahidi

1

Qısaqol polo köynək (Aztelekom loqolu)

S-16, M-68, L-48, XL-64, 2XL-60, 3XL-28, 4XL-26, 5XL-2, 90% pambıq, 10% elastan

312

ədəd

2

Jilet

S-9, M-33, L-21, XL-36, 2XL-27, 3XL-16, 4XL-13, 5XL-1, Qəlib: Regular, parça: Gore-Tex;

156

ədəd

3

Gödəkçə

S-10, M-28, L-25, XL-36, 2XL-26, 3XL-16, 4XL-14, 5XL-1, Qəlib: Regular, parça: Gore-Tex; Parça/İp Xüsusiyyəti: Polar;

156

ədəd

4

Kepka (Aztelekom loqolu)

80% pambıq, 20% polyester;

156

ədəd

5

Yapışdırıla bilən loqo

8 sm

320

ədəd

 

Qeyd:

·       Geyimlərdə istifadə olunan bütün rənglər və detallar qoşmada təqdim edilən brend rənglərinə və qaydalarına uyğun olmalıdır. Göstərilən rənglərdən kənar çap və ya istehsal qəbul edilmir.

·       Geyimlərin materialı keyfiyyətli və davamlı olmalıdır. Tikişlərində qüsur olmamalı, içlik hissəsi bükülməməli, yığılmamalı və yuyulduqdan sonra keyfiyyətini itirməməlidir.

·        Geyimlərin ölçüləri real ölçülərə uyğun olmalıdır. Kütləvi istehsaldan əvvəl təqdim edilən nümunənin ölçüsü faktiki ölçü ilə tam uyğun gəlməlidir. Həm nümunələrdə, həm də ümumi tirajda ölçünü göstərən etiket boyun hissəsinə tikilməlidir. Geyimin uzunluğu da nümunə mərhələsində təsdiqlənməli və istehsalda nəzərə alınmalıdır.

·       Loqo və digər vizual elementlər dizayna uyğun hazırlanmalıdır. Yapışdırıla bilən loqo ağ fonda olan parçadan tikilməli, möhkəm materialdan hazırlanmalı, əzilməməli və sökülməməlidir. Kənarları qalın tikişlə işlənməli, tikişləri qüsursuz və “Aztelekom” yazısı oxunaqlı olmalıdır.

·       Kütləvi tirajdan əvvəl istifadə üçün nümunələr təqdim edilməli və yalnız nümunələr təsdiqləndikdən sonra kütləvi istehsala başlanmalıdır.

·       Kütləvi istehsaldan öncə final təsdiq alınmalıdır, dizaynda dəyişiklik ola bilər.

·       Kütləvi tiraja başlamazdan öncə hər bir məhsul üzrə göndərilən dizaynda canlı nümunələr Sifarişçiyə göndərilməlidir. Nümunələr Sifarişçi tərəfindən tam təsdiqlənib, qəbul edildikdən sonra kütləvi tiraja keçilə bilər.

https://drive.google.com/file/d/1CI936cr-jcn6TDoBopwqA6EIaHLj-PFS/view?usp=sharing

https://drive.google.com/file/d/1miwS2hYjjMABL6hM58Ohx-NwaW75UFPB/view?usp=sharing

  Ərizə forması.docx

Search

×