I. | Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər: § Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur); § Uyğunluq sənədləri; § Qiymət təklifi.
Müsabiqədə iştirak haqqında müraciət sənədi (imzalanmış və möhürlənmiş) iştirak haqqının ödənilməsini təsdiq edən sənədlə birlikdə ən geci 04.06.2025-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın 4-cü bənddə qeyd olunmuş e-mail ünvanına təqdim olunmalıdır.
|
II. | Müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı: Uyğunluq sənədləri və qiymət təklifi əsli və surəti olmaqla bir zərfdə 18.06.2025-ci il tarixində saat 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır. Müsabiqə təklifi zərflərinin dörd tərəfi imzalı, möhürlü olmalı, eyni zamanda üzərində müsabiqənin və təchizatçının adı qeyd edilməlidir. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır. |
III. | İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi: § Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər 196,35 AZN iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra təsdiqedici sənədi elektron və ya çap formasında əlaqələndirici şəxsə təqdim etdikdən sonra elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər. § Hesab nömrəsi: VÖEN: 9900038501 Bank: Azərpoçt MMC PF 1 Bank VÖEN-i 9900037711 KOD: 691011 SWİFT: AZPOAZ22 H/H AZ62AZPO91015461200420100166 M/H: AZ76NABZ01350100000000094944
§ İştirak haqqı heç bir halda geri qaytarılmır. § Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin adı, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır. |
IV. | Satınalan təşkilatın ünvanı: AZ1122, Bakı şəhəri,Tbilisi pr 107 Aztelekom MMC Əlaqələndirici şəxs: Aytac İbrahimova Satınalma şöbəsi Satınalma mütəxəssisi Telefon: +994 12 344 0000 (daxili 2225) Mail: aytaj.ibrahimova@aztelekom.az |
V. | Bank təminatı 1000 AZN (min manat) |
VI. | Müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Zərflərin açılışı 18 iyun 2025-ci il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da elanın 4-cü bəndində göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır. |
VII. | Müsabiqənin nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat iddiaçıların email ünvanına göndəriləcək.
|
“Aztelekom” MMC tərəfindən elan edilmiş “Toplu mesajların (SMS) göndərilməsi xidməti”nin satın alınması ilə bağlı elan edilmiş açıq tenderdə iştirak etmək üçün
ƏRİZƏ
(ərizə iştirakçının firma blankında tərtib edilir)
Bakı şəhəri “___”_________ 2025-ci il
Aztelekom MMC-nin
Satınalma Komissiyasının sədri cənab Elnur Allahverdiyevə
Hörmətli Elnur müəllim,
Biz [İştirakçının tam adı daxil edilir], “________________________________________”-ın satınalınması üçün keçiriləcək açıq tenderdə iştirak etmək niyyətində olduğumuzu təsdiq edirik.
Şirkətimizlə bağlı aşağıdakı məlumatları təqdim edirik:
1. Şirkətin tam adı: |
| ||
2. Ünvan: | Şəhər: | Poçt indeksi: | Ölkə: |
3. Əlaqələndiri şəxsin adı və soyadı: |
| ||
4. Əlaqələndirici şəxsin vəzifəsi: |
| ||
5.Əlaqələndirici şəxsin elektron poçt ünvanı: |
| ||
6. Qeydiyyatda olduğu ölkə: |
| ||
7.Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi/Vergi nömrəsi: |
| ||
________________________________ _______________________
A.S.A İmza (möhür)
Satın alınacaq mallara dair
MƏLUMAT
Sıra №-si | Satın alınması planlaşdırılan satınalma predmetinin | |||
adı | təsviri, texniki və keyfiyyət xüsusiyyəti | ölçü vahidi | miqdarı | |
1 | 2 | 3 | 4 | 5 |
1 | Toplu mesajların (SMS) göndərilməsi xidməti | 1) Toplu sms göndərilən zaman hər müştəriyə fərdi SMS mətni göndərilmə imkanı olmalıdır (misal olaraq, Excel import vasitəsilə) 2) Göndərişin öncədən planlaşdırılması imkanı olmalıdır. Yəni, SMS mətni və nömrələr panelə yüklənir, təyin edilən tarix və saat SMS-lər avtomatik göndərilməyə başlayır 3) Bir göndəriş zamanı bir nömrə bir dəfədən artıq qeyd olunarsa, ona istənilən halda 1 SMS göndərilməlidir və SMS balansından yalnız 1 SMS çıxılmalıdır 4) Bir nömrə bir dəfədən artıq qeyd olunubsa və yaxud nömrə formatı səhvdirsə, paneldə xəbərdarlıq mesajı çıxmalıdır 5) Göndəriş zamanı statusları vizuallaşdırılmış hesabatlar şəklində əks olunması, eyni zamanda, hər müştəri üzrə statusun Excel kimi yüklənməsi. Statuslar göndərmə bitəndən sonra deyil, canlı olaraq yenilənməlidir 6) SMS mətni 160 simvolu keçdikdə göndərilmədən öncə paneldə xəbərdarlıq mesajı çıxmalıdır 7) Nömrələrin qara siyahıya düşmə şərtləri provayder tərəfindən təqdim olunmalıdır 8) SMS balansı alınan müddətdən 12 ay müddətində sıfırlanmadan aktiv qalmalıdır 9) SMS balansı yalnız uğurla göndərilmiş SMS-lərə görə dəyişməlidir 10) Provayder tərəfindən bir saniyədə göndərilə biləcək SMS-lərin sayı haqqında məlumat təqdim olunmalıdır 11) Provayder tərəfindən data məxfiliyi ilə bağlı məlumat təqdim olunmalıdır 12) SMS göndərilməsi ilə bağlı təsdiq mexanizmi olmalıdır. Xüsusi istifadəçilər təsdiq edən rolunda olaraq, SMS-lərin göndərilməsini təsdiq etməlidir. Digər istifadəçilər isə sadə rol daşımalıdır 13) Bütün istifadəçi loqları saxlanılmalı və müəssisənin İnformasiya Təhlükəsizliyi şöbəsinə tələb olunan formatda ötürülməlidir 14) Kampaniya idarə edilməsi platforması ilə inteqrasiya olunması üçün müvafiq API mövcud olmalıdır 15) İnteraktiv SMS funskionallığı: • Müştəri geri dönüşü üçün Aztelekom üzrə 1070 qısa nömrəsi /Baktelekom üçün 5155 qısa nömrəsi təqdim olunmalıdır • Müştəri qeyd olunan qısa nömrələrə istənilən mətn göndərdiyi halda, həmin cavablar paneldə hesabat şəklində əks olunmalıdır. Hesabat Excel kimi yüklənə bilməlidir • Müştərilər tərəfindən göndərilən SMS-lər onlar üçün tam pulsuz olmalıdır. Yəni, həmin SMS-lərin haqqı Aztelekom/Baktelekom SMS balansından çıxılmalıdır | 2.600.000,00 | Ədəd |



